Şirkət haqqında


“Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir.

Şirkətin missiyası müxtəlif təşkilatları və sahibkarları biznes təşəbbüslərində dəstəkləyərək onların inkişaf tərəfdaşı olmaqdır.

Başlıca məqsədi xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaq olan şirkət 18 filial və sərgi salonları vasitəsi ilə fermerlərə xidmət göstərir.

“Prior Leasing” olaraq hər zaman daha yaxşı xidmət göstərmək və fəaliyyət sahəmizi genişləndirmək üçün professional komandamızla bərabər əzmlə çalışaraq, müştərilərimizə daşınmaz əmlak, avtomobil və bir çox məhsulların sərfəli lizinq şərtləri ilə əldə edilməsini təklif edirik.

“Prior Leasing” məhsullarının sayını artırmaq, xidmət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlar və potensial müştərilərlə əməkdaşlığa açıqdır.

 
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar