Блог / Пресса


Bağlardakı zərərvericilərlə mübarizənin aqrotexniki üsulu

Bağlardakı zərərvericilərlə mübarizənin aqrotexniki üsulu

 Bağlardakı zərərvericilərlə mübarizənin

aqrotexniki üsulu

 

Bitki mühafizə qaydalarına əməl etməklə, bağdan yüksək məhsuldarlıq, hətta yüksək gəlir əldə etmək mümkündür. Buna görə də zərərvericilərlə mübarizədə aqrotexniki, fiziki, mexaniki, kimyəvi və bioloji üsullardan istifadə etmək çox əhəmiyyətlidir.

 

Məhsul itkisinin qarşısını almaq üçün, zərərvericilərin çoxalmaması və inkişaf etməməsi məqsədilə bir sıra aqrotexniki tədbirlər görmək vacibdir. Müasir dövrdə bu aqrotexniki tədbrilər dərmançiləyən aqreqatlar vasitəsilə görülür. Dərmançiləyən  aqreqatlar çənlərinə doldurulan maye dərmanları zərərli və yad otların üzərinə çiləyərək zərərsizləşdirir. Bu prosesdə müxtəlif özəlliklərə malik dərmançiləyən aqreqatlardan istifadə etmək olar. Bu özəlliklərdən ən vacibi maye dərmanın damcı halında parçalalana bilməsi və hədəfə çatmasıdır. Bu və bu kimi özəlliklərə görə dərmançiləyənlər aşağıdakı növlərə bölünür:

 

  • Hidravlik dərmançiləyənlər;
  • Hava axınlı (pnevmatik) dərmançiləyənlər;
  • Hava axınlı hidravlik dərmançiləyənlər;
  • Mərkəzdənqaçma effektli dərmançilənlər;
  • İstilik enerjisi ilə işləyən dərmançiləyənlər.

 

Dərmançiləyənlər hərəkət və daşınma xüsusiyyətlərinə görə 8 növə bölünür:

 

  • Əldə daşınan dərmançiləyənlər;
  • Əllə çəkilən dərmançiləyənlər;
  • Çiyində daşınan dərmançiəyənlər;
  • Heyvana qoşulan dərmançiləyənlər;
  • Traktora qoşulan dərmançiləyənlər;
  • Traktora asılan dərmançiləyənlər;
  • Özüyeriyən dərmançiləyənlər;
  • Təyyarə və helikopterlə daşınan dərmançiləyənlər.

 

Bağ  üçün istifadə edilən dərmançiləyənlər benzinlə, akkumulyatorla və ya traktora qoşularaq, gücünü traktordan alaraq işləyir.

 

Bu gün Azərbaycan aqrobazarında fermerlər tərəfindən dərmançiləyən aqreqatlara böyük maraq və tələbat var. Bu dərmançiləyənlər içində  keyfiyyəti və iş görmə qabiliyyəti ilə özünü sübut etmiş Maschio Gaspardo FuturaParlayan dərmançiləyənləri ön plana çıxır. Bu dərmançiləyənlər bağda istifadə olunur və traktora qoşularaq gücünü traktorun gücötürücü valından (PTO-dan) alır. Yəni bu aqreqatın özünə əlavə yanacaq sərf etmədən istifadə edə biləcəksiniz. Siz italyan brendi “Maschio Gaspardo Futura”  və Türkiyə brendi Parlayandərmançiləyənlərini 40 % dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə “Prior Leasing”dən əldə edə bilərsiniz.

Baxış: 1018


назад

Другие

  • ...

  • ...

  • ...

  • ...

  • ...

  • ...

left1Новые продукты secondhandОборудование б / у iconsunСезонные агрегаты left5Акция