Блог / Пресса


Torpağın hazırlıq prosesində diskli malaların rolu

Torpağın hazırlıq prosesində diskli malaların rolu

Diskli malalar torpağın dərin qatlarına nüfuz etmədən üst qatını qarışdıraraq işləyən aqreqatlardır. Sahədəki kəsəkləri və qaymaq təbəqəsini asanlıqla qıra bilir, torpağın hamarlanmasında müstəsna rol oynayır. Mala toxum yerini hazırlayır, məhsul yığımından sonra bitki qalıqlarını, otları və mineral gübrələri torpağa qarışdırır. Diskli malalar traktora asılaraq qoşulan, disk rakursları hidravlik və ya mexaniki tənzimlənən aqreqatlardır.

 

Diskli malalar aşağıdakı növlərə bölünür:

 

  • Sadə diskli malalar;
  • Cüt diskli malalar;
  • X tipli malalar;
  • V tipli malalar.

 

Sadə diskli malalar quru, ağır torpaqlarda işlənir. Bu malalar xüsusilə buğda, çəltik və günəbaxan sahələrində bitki saplarını parçalamaq və kəsəkləri qırmaq üçün istifadə edilir.

Sadə diskli malalara Türkiyə brendi “Şakalak”ın 24 diskli malasını misal göstərmək olar.

 

Cüt diskli malalar kotandan sonra kəsəkləri parçalamaq, torpağı qarışdıraraq toxum yeri hazırlamaq üçün istifadə olunur. Həmçinin məhsul yığımından sonra tullantıları və otları parçalamaq üçün işlənir.

 

V tipli malalar da, həmçinin bitki saplarını və kəsəkləri parçalayır. Beləcə, mineral və təbii maddələr torpağa qarışır. V tipli malalar iş prosesində tənzimlənməsi asan olduğundan bu malalara tələbat yüksəkdir. Cərgə düzülüşünə uyğun olaraq əsasən, sol tərəfə dönərək işləyir. Əgər əks istiqamətdə dönüş olarsa, disklər torpağa ilişir və dönüş reallaşmır. Bu malalara misal olaraq, Türkiyə brendi “Şakalak”ın 32 diskli malasını göstərmək olar.

 

X tipli malalar həm sağa, həm sola dönmə qabiliyyətinə malikdir. Xüsusilə kiçik sahələrdə hərəkət qabiliyyəti məhdud olduğunundan həmin sahələrdə X tipli malalar əlverişlidir.

 

Diskli malalar:

  1. Torpağın üst qatını qarışdırır, yanacaq və vaxta qənaət edilir.
  2. Gübrəni torpaqla qarışdırma və qışda yaşıllaşan otları parçalamaq üçün istifadə edilir.
  3. Dərinliyi tənzimləmək üçün istifadə edilir.
  4. Torpağın havalandırılmasında istifadə edilir.

 

Bugün Azərbaycan aqrobazarında Türkiyə brendi “Şakalak”ın ağır və yüngül diskli malaları güc və effektivliyə görə fermerlərin rəğbətini qazanmışdır. Siz də “Şakalak”ın diskli malalarını xüsusi təkliflərlə, 40% dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə “Prior Leasing”dən əldə edə bilərsiniz.

Baxış: 939


назад

Другие

  • ...

  • ...

  • ...

  • ...

  • ...

  • ...

left1Новые продукты secondhandОборудование б / у iconsunСезонные агрегаты left5Акция