Lovol 904 + Unico XS


Lovol 904 + Unico XS

Maschio Gaspardo

52850 ₼

Mövcuddur
İstehsalçı: Lovol
İstehsalçı ölkə: ÇXR
İstehsalçı ölkə: İtaliya

Aksiya
Traktor
Maschio Gaspardo


Lovol 90 traktorları dünyaca məhşur Foton brendinin yeni nəsil nümayəndəsidir. Traktorların əsas üstünlüyü ondan ibarətdir ki, traktorun çəkisi və mühərrikin gücü bir-birilə uyğunluq təşkil edir. Nəticədə mühərrik gücü və çəki, traktora qoşulacaq müasir, 3 gövdəli 40 sm dərinlikdə şumlama qabiliyyətinə malik  İtaliya istehsalı olan Maschio Gaspardo Unico 2+1 dönərli kotanını rahatlıqla işlətməyə imkan yaradır.
Traktorların yüksək performans göstəriciləri ilə bərabər interyer dizaynına da xüsusi diqqət ayrılmış və sürücünün traktoru rahat idarə etməsi üçün traktor 6 hidravlik cıxış, 540-1000 PTO, hava kompressoru və kondisionerlə təchiz olunmuşdur.


Traktora qoşulacaq Maschio Gaspardo Unico 2+1 dönərli kotanını digər standart kotanlardan fərqləndirən əsas cəhət hidravlik çeviriciyə malik olmasıdır. Standart kotanlar  1 istiqamətdə şum etdikdə, növbəti şum cərgəsinə keçmək üçün ərazinin yenidən başlanğıcına qayıtmalı olur və nəticədə zaman itkisi, yanacaq sərfiyyatı və traktorun boş istiqamətdə hərəkəti baş verir. Dönərli kotanda isə 1 istiqamətli şumda hidravlik çevirici kotanı çevirir və digər cərgəyə keçmək üçün geri qayıtmadan eyni istiqamətdə şum aparır.

Dönərli kotanın əsas özəllikləri:

İşləmə eni
Torpağın xüsusiyyətlərindən aslı olaraq, Vario tənzimləmə sistemi vasitəsilə iş gedərkən belə eni müəyyən etməyə imkan verir.

Manevr qabiliyyəti
Fırlanma yaddaşı funksiyasıyla traktor dönərkən Unico kotanı avtomatik traktorla eyni xətt üzrə uyğunlaşır. Bu da onun yerə çırpılıb zədə almasının qarşısını alır.

Modullu gövdə
Ramanın konstruksiyası modullu şəkildə qurulduğundan, bütün modellərə əlavə gövdələr əlavə edilərək kotanın enini artırmaq mümkündür. Bu da lazım olduqda əkin sahəsini tam qırağına kimi emal etməyə imkan yaradır.

Lizinq kalkulyatoru

Yeni məhsullar Texniki xidmət Aksiya