Şakalak ŞK-HM-24 taxılsəpən


Şakalak ŞK-HM-24 taxılsəpən

Taxılsəpənlər
Mövcuddur
İstehsalçı: Şakalak
İstehsalçı ölkə: Türkiyə
Məhsul kodu: 0302030124001
Yeni məhsullar
Torpaq hazırlama və əkin
Taxılsəpənlər


Şakalak ŞK-HM-24 – taxıl və bənzər toxumlarla gübrəni fasiləsiz olaraq istədiyiniz miqdarda və dərinlikdə eyni sıraya səpən aqreqatdır. 12-dən 40 cərgəyə kimi istehsal olunurlar. Əkin ayaqları qısa və uzun ayaq olmaqla sıralanmıb. Səpin ayaqlarının arxasındakı zəncirlər sayəsində toxumlar üstü düzgün örtülür, aqreqatın və traktorun izləri silinir. Toxum və gübrə axını boruları yüksək keyfiyyətli və hamar plastik materialdan hazırlandığından toxum axınının qarşısını almır və tıxanmaya səbəb olmur. Dəzgahdakı marker bələdçi sayəsində tarlada əkilməyən yer saxlamır, həmiçinin üst-üstə əkinin qarşısı alınır. Aqreqat qatlana bilən istehsal olunduğundan, nəqliyyat və saxlama zamanı çox yer tutmur. Qoşulan aqreat kimi istifadə edilə bildiyi kimi, daşınma və əkin məqsədilə asıla da bilir.

Xüsusiyyətlər
Təyinatı Mexaniki taxılsəpən aqreqat
Qoşulma növü Çəkilir+Asılır tip
Tələb olunan traktor gücü 75 a.g və daha yuxarı
Cərgə sayı 24 ədəd
Cərgəarası məsafə 142 mm
Gübrə çəninin sayı 1 ədəd
Gübrə çəninin tutumu 381 kg
Toxum çəninin sayı 1 ədəd
Toxum çəninin tutumu 584 kg
Çəkisi 1310 kg
Uzunluğu 3270 mm
Hündürlüyü 1540 mm
Eni 4260 mm
İşləmə eni 3400 mm
Səpin mexanizmi Diskli

Lizinq şərtləri

Dövlət subsidiyası 3530 ₼
İlkin ödəniş 1842 ₼
Lizinq məbləği 3656 ₼
İllik faiz dərəcəsi 0%
Müddət 39 Ay
Komissiya 0%

Sığorta, qeydiyyat xərcləri "Prior Leasing" tərəfindən qarşılanır.

Yeni məhsullar Texniki xidmət Aksiya