Bloq / Press


“Mənim traktorum” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim traktorum” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Prior Leasing” tərəfindən həyata keçirilən “Mənim Traktorum” müsabiqəsinin qalibləri şirkət tərəfindən mükafatlandırılıblar. Ölkənin dörd bir yanından müsabiqəyə qatılan “New Holland”, “Landini”, “Lovol”, , “Solis” və “McCormick” markalarından olan traktor sahibləri müsabiqədə maraqlı videolarla iştirak edərək izləyicilərin səsverməsi nəticəsində seçiliblər.
Müsabiqəyə Biləsuvardan qatılan Xudayar Kərimov birinci yerə, Neftçaladan qatılan İlkin Paşayev ikinci yerə və Gəncədən qatılan Səfər Səfərov səsvermə nəticəsində üçüncü yerə layiq görülüblər. Əməkdaşlarımız I, II və III yerin qaliblərini təltif etmək üçün müvafiq olaraq Biləsuvar, Neftçala rayonlarına və Gəncə şəhərinə yollanıb, qaliblər sertifikat və müvafiq pul mükafatları ilə təltif edilib.
Qeyd edək ki, hər zaman fermerlərə və kənd təsərrüfatının inkişafına dəstək olan şirkətimiz müştərilərini sevindirmək üçün buna bənzər müsabiqələr təşkil etməyə davam edəcək  

 

 

Baxış: 529


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar