Bloq / Press


Hansı hallarda kombaynı istismar etmək qadağandır?

Hansı hallarda kombaynı istismar etmək qadağandır?

Ümumi tələblər:

Kombaynı idarə etməyə və ona qulluq etməyə tibbi müayinədən keçmiş, kombaynı idarə etməyə vəsiqəsi olan, iş yerində təlimatlandırılmış, yaşı 18-dən az olmayan şəxslər buraxılırlar.
Kombaynçının mümkün təhlükəli amillər haqqında məlumatı olmalı, yanğın təhlükəsizliyi qaydalarını bilməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır.
Nasaz kombaynda işlərin aparılmasının yol verilməz olmasını, alət və qurğuların təyinatına görə istifadə olunmasının, nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edilməsinin vacibliyini bilməlidir.
O, bədbəxt hadisə baş verdikdə zərərçəkənə ilk tibbi yardım göstərilməsinin üsul və qaydalarını bilməli və onları səlis tətbiq etməyi bacarmalıdır.
Kombaynçı öz əmək vəzifələrini yerinə yetirərkən bu təlimatın tələblərinə riayət etməlidir. Bu təlimatın tələblərinə riayət etməməyə görə o, məsuliyyət daşıyır.

Aşağıdakı nasazlıqlar olarsa kombaynı istismar etmək qadağandır:

işçi əyləc mühərrikin (təkərlərin) bərabər və etibarlı əyləclənməsini (tormoz) təmin etmədikdə;
idarəetmə sükanının lütfü buraxılabilən həddən çox olduqda (20°);
sükan çarxı çətin döndükdə;
təkər etibarlı bərkidilmədikdə;
yanacaq sistemindən yanacaq axdıqda (sızdıqda);
səsboğucu olmadıqda və ya nasaz olduqda;
səs siqnalı işləmədikdə;
çəkici - ilişək qurğu nasaz olduqda;
yanğınsöndürmə vasitələri olmadıqda.

Kombaynı işə salmazdan əvvəl operator yoxlamalıdır:

Kombaynın oturacağının sazlığını, oturacaqda qoruyucu kəmərin, döşəmə taxtasının mövcudluğunu, pilləkənin, məhəccərin, meydançanın  sazlığını;
ikitərəfli siqnalizasiya sisteminin sazlığını;
odsöndürənin və qığılcımsöndürənin işlək vəziyyətdə olmasını;
mühərrikin, hava kompressorunun, hidravlik nasosun sağlığını;
yağın və suyun sızıb-sızmamasını yoxlamalı, nasazlıq aşkar edildikdə dərhal aradan qaldırılmalıdır;
mühərriki işə salmazdan əvvəl sürətlər qutusunun idarəetmə dəstəyinin neytral vəziyyətdə olmasını;
mühərrikin normal işləməsinə, əyləcin etibarlı olmasına əmin olmalıdır;
yanacağı və soyuducu susyu doldurarkən dolma səviyyəsini yoxlamalı və normal olmasına əmin olmalıdır;
bütün elektrik cihazlarının və alətlərin normal işləməsinə əmin olmalıdır.

Baxış: 1448


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar