Industrias David PFS-V1


Industrias David PFS-V1


41480 ₼

Sifarişlə
Производитель:
Страна производитель:
Код продукта: 0305020032002
Агрегат
Косилки для сена, силоса, силоса и вяжущие машины


Yaz aylarında təsərrüfatda önəmli işlərdən biri də, budama prosesidir. İl boyu böyüyən bitkilər yaz başlanandan sonra yazın sonuna qədər budana bilər. Bununla birlikdə, bütün il budama heç bir problem yaratmır. Budama meyvə ağaclarının inkişafına dair lazımlı bir işdir. Onun məqsədi bitkini yaxşılaşdırmaq, böyüməsini doğru istiqamətdə yönəltmək və çoxlu meyvələr əldə etməkdir. Budama heç bir şəkildə bitkinin təbiətinə ziddiyyət təşkil etmir, əksinə - təbiət qanunlarına riayət edir. Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Həm də budama təbii proseslərə görə müxtəlif xəstəliklər, fasilələr üçün müalicəvi tədbir kimi istifadə olunur Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır. Ağac 4-5 yaşında meyvə verməyə başlayır. Bu vaxtdan etibarən budama ağacın vəziyyətinə müvafiq aparılmalıdır. Budama bitkilərin vəziyyəti və məhsulun keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən prosedurdur. Ağacın içərisində olan metabolik prosesləri tənzimləyir, həyat qaynaqlarını yenidən bölüşdürür və onları ağacın istənilən hissələrinə istiqamətləndirir. Çiçək və ağacın budanma vaxtı bitki növünə görə fərqlənir. Ağaclarınızın keyfiyyətli meyvə verməsini, yaxşı böyüməsini və rəngarəng çiçəklər açmasını istəyirsinizsə, budama mövsümünü düzgün seçməlisiniz. Erkən və ya gec budama bitkinin keyfiyyətini poza bilər. Texnalogiyanın inkişafı, kənd təsərrüfatınada öz töhfələrini vermişdir. Bugün sizə təqdim edəcəyimiz budayıcı, meyvə bağları üçün nəzərdə tutulmuş çoxfunksiyalı diskli budayıcı PFS-V1 tam hidravlik sistemlə təchiz olunmuşdur. İndustrias David firmasının ən son texnalogiyalarla inkişaf etdirdiyi budayıcıda, 86 dişli disklər anti-şok sistemi ilə quraçdırılmışdır.

Лизинговый калькулятор

left1Новые продукты secondhandОборудование б / у iconsunСезонные агрегаты left5Акция