Bloq / Press


Qəbələdə "New Holland" festivalı keçiriləcək

Qəbələdə "New Holland" festivalı keçiriləcək

GƏLİN, BİRLİKDƏ ƏYLƏNƏK VƏ ÖYRƏNƏK!


14 iyul 2023-cü il, saat 17:00-da, Qəbələ rayonu, Soltannuxa kəndi, Soltannuxa dairəsində dünyaca məşhur italyan brendi “New Holland” traktorları ilə bağlı festival keçiriləcək. Festivalda “New Holland” traktorlarının sahədə şum edilməsi və fermerlər arasında şum yarışı, müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək və qaliblərə hədiyyələr təqdim olunacaqdır. Tədbir zamanı uşaqlar üçün nəzərdə tutulmuş şou-proqramla yanaşı, ölkənin ən məşhur musiqi qruplarından biri olan “Dervish Band”in konsert proqramı və dj-li musiqi axşamı olacaq.

Əziz zəhmətkeşlər, festivala hamınız dəvətlisiniz. Gəlin, birlikdə əylənək və öyrənək!

Qeyd: Festivala giriş ödənişsizdir.

Baxış: 4580


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar