
“Prior Leasing” 2014-cü ildə təsis edilib və 2019-cu ildən aktiv fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarını nağd və ya 40 % dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirməkdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası, suvarma sistemləri, soyuducu anbarlar, emal avadanlıqları, tikinti texnikaları, həmçinin iri və xırdabuynuzlu damazlıq heyvanları sərfəli lizinq şərtləri ilə təklif edir.
Şirkətin missiyası müxtəlif təşkilatları və sahibkarları biznes təşəbbüslərində dəstəkləyərək, ölkəmizdə kənd təsərrüfatının inkişafında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdir.
Başlıca məqsədi xidmət və məhsulları fermerlər üçün əlçatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaq olan şirkət 20-dən çox satış nöqtəsi vasiitəsilə fermerlərə xidmət göstərir.
“Prior Leasing” olaraq hər zaman daha yaxşı xidmət göstərmək və fəaliyyət sahəmizi genişləndirmək üçün professional komandamızla bərabər əzmlə çalışaraq, müştərilərimizə daşınmaz əmlak, avtomobil və bir çox başqa məhsulların da sərfəli lizinq şərtləri ilə əldə edilməsini təklif edirik.
“Prior Leasing” məhsullarının sayını artırmaq, xidmət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlar və potensial müştərilərlə əməkdaşlığa açıqdır.