Rəhbərlik


10 avqust 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarəedilməsi” üzrə alıb (2004).

 

Əmək fəaliyyətinə 2005-ci ildə “Smart System Technology” MMC-də istismarçı üzrə proqramçı olaraq başlayıb (2005-2007).

 

2007-ci ildə karyerasını bank sektoru üzrə istiqamətləndirib. Həmin ildə başladığı “Bank of Baku” ASC təcrübəsində 2012-ci ilə qədər müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2013-2025-ci illərdə çalışdığı “Unibank” ASC-də 2019-cu ildən 2025-ci ilə qədər Pərakəndə biznesin inkişafı departamentinin direktoru vəzifəsini daşıyıb.

 

A.Səfərli bank sektorundakı 17 ildən artıq təcrübəsi ilə biznesin inkişafı və pərakəndə bankçılıq məhsulları sahələrində ixtisaslaşıb. O, eyni zamanda rəqəmsal transformasiya sahəsində kifayət qədər təcrübəyə malikdir.

 

Araz Səfərli 3 mart 2025-ci ildə “Prior Leasing” ASC-nin baş direktoru təyin olunub.

left1 Yeni məhsullar secondhand İkinci əl texnikalar iconsun Mövsüm aqreqatları