Bloq / Press


Ağcabədi rayonunda “New Holland” və “Lovol” traktorlarının sahə günü

"Prior Leasing" ASC 4 aprel 2023-cü il tarixində Ağcabədi rayonunun Hacıbədəlli kəndində kənd təsərrüfatı texnikalarının sahə gününü keçirmişdir. Tədbirdə dünyaca məhşur kənd təsərrüfatı brendləri “New Holland” və “Lovol” traktorları tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirin keçirilməsinin əsas məqsədi kənd təsərrüfatı texnikaları ilə fermerləri yaxından tanış etmək və bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək göstərməkdir.

Tədbirdə Azərbaycanın fərqli bölgələrindən yüzdən çox fermer və sahibkar iştirak etmişdir. Tədbir zamanı  “Lovol 504”, “Lovol 904”, ‘Lovol 1304”, “New Holland T3.75F”, “New Holland TD 5.110”, “New Holland T6050” kimi traktorlar və müxtəlif aqreqatlar təqdim edilmişdir. İştirakçılar şum prosesi ilə yaxından tanış olmuş, öz təcrübələrini bölüşmüş və traktorları sahədə test etmişdirlər. Texnikaların sahədə test edilməsi zamanı Türkiyə istehsalı “Abollo TY-DM 165” otbiçən, “Abollo TY-HM1” yem qıran, “Agrohasat AHT Ç 1000l” gübrəsəpən və İtaliya istehsalı “Maschio Gaspardo Chiara 200” çöpdoğrayan, “Maschio Gaspardo Unico XS” dönərli kotan, “Maschio Gaspardo Pinocchio 250/5” şumlayıcı və “Maschio Gaspardo Futura 2000” dərman çiləyici kimi aqreqatlar istifadə olunmuşdur.

Baxış: 1126


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar