Ağstafa rayonunda “Fermerlərlə görüş Günü” keçirildi
“Prior Leasing” nümayəndələri Ağstafa rayonunda fermerlərlə görüşüblər. “Fermerlərlə görüş Günü”ndə ərazi üzrə uyğun olan texnika və aqreqatların tanıtımı edilərək, ümumilikdə sərgi salonumuzdakı bütün məhsullar barədə fermerlərə ətraflı məlumatlar verilib.
“Prior Leasing” ASC-nin satış şöbəsinin müdiri Vüsal Mövsumov həyata keçirilən “Fermerlerlə görüş Günü”nün məqsədindən bəhs edərək bildirib ki, bu cür görüşlər şirkətimiz tərəfindən təklif olunan məhsulların fermerlərə daha yaxından tanıdılması, onların bu məhsullara əlçatanlığının təmin olunması və femerlərin suallarını birbaşa özlərindən eşidərək cavablandırmaq məqsədi daşıyır: “Bu gün Ağstafa və ətraf rayonlardan gələn fermerlərlə görüş keçirdik. Şirkətimiz tərəfindən təqdim olunan məhsullara ciddi marağın olduğunun şahidiyik. Artıq bizdən məhsul almış və alış etməkdə qərarsız qalan onlarla müştərilərimizlə birbaşa ünsiyyətdə olaraq onları dinlədik və suallarlarını cavablandırdıq. Belə görüşlərdə müştərilərimizə istədikləri texnikaların test sürüşlərini həyata keçirmələri üçün imkan da yaradırıq. Məsələn bir müştərimiz “Lovol 1104” modelini test etdi və məmnunluğu bildirdi.”
Onu da qeyd edək ki, “Prior Leasing” nümayəndələri mütəmadi olaraq regionlarda fermerlərlə görüşlərə davam edəcək.
geri