Bloq / Press


Azərbaycanda taxılçılıq və taxılçılıqda texnikanın rolu

Azərbaycanda taxılçılıq və taxılçılıqda  texnikanın rolu

Buğdanın becərilmə tarixi və yayılması

Azərbaycan ərazisində ilk dəfə 4-5 min il əvvəl buğda əkilmişdir. Son illər respublikamızın Naxçıvan Muxtar Respublikası, Mingəçevir, Abşeron, Ağdaş kimi bölgələrində aparılmış arxeoloji qazıntılar buğdanın respublikamızda qədim tarixə malik olmasını sübut etmişdir.

Azərbaycan müxtəlif torpaq-iqlim şəraitinə malikdir. Torpaq və iqlimin müxtəlif olması digər bitkilərlə yanaşı, taxıllar fəsiləsinə (Graminea) aid olan tarla bitkilərindən olan arpa, buğda, çovdar, vələmir və s. bitkilərin də respublikamızda yayılmasına səbəb olmuşdur. Yumşaq buğda (Triticum aestivum L-T Vulqare Host) dünyada buğda istehsalına görə birinci yeri tutur.

 

 Müasir dövrdə taxıla olan tələbat və tələbatın ödənilməsi

Ölkəmizdə əhalinin taxıl məhsulları ilə təmin edilməsində buğda bitkisinin istehsalını artırmaq böyük əhəmiyyət daşıyır. İnsanların qidalanmasında, əsasən, ön sırada gələn tarla bitkilərindən biri buğdadır. Buğda unundan əldə edilən yarma, makaron, nişasta insanların qidalanmasında, buğda bitkisinin yarpaq və gövdəsindən isə kağız-karton sənayesi və heyvanların bəslənməsində istifadə edilir. Payızlıq taxılların böyüyüb inkişaf etməsi və yaxşı məhsul verməsi üçün bitkilərin torpaq-iqlim şəraitinə tələbatı müxtəlif olur. Bunlardan bəziləri insanların köməyindən asılı olan amillərdir və bəziləri isə insanların köməyindən asılı olmayan amillərdir. Məsələn, bir il ərzində bölgəyə yağan yağıntıların miqdarı, il ərzində olan isti və ya soyuq temperatur insanlardan asılı olmayan amillərdir. Yəni, az da ola bilər, çox da ola bilər, ancaq suvarma, gübrələrin verilməsi, alaqlarla mübarizə, malanın çəkilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizənin aparılması insanlar tərəfindən həyata keçirilən amillərdir.

 

Taxıl səpinində məhsuldarlığı artıran amillər

Pampıq sahələrində səpilən taxılın məhsuldarlığı digər sahələrə nisbətən yüksək, toxumun çürüməsi halları isə minimum olur. Bu baxımdan fermerler də məhsulun bir hissəsi yığılmış pambıq sahələrində taxıl səpini işlərinin aparılmasına üstünlük verirlər.Taxıl səpini isə taxılsəpən aqreqatlar vasitəsilə icra edilir. Pampıq yığımı tam başa çatana qədər gözləmək taxıl səpini ilə məşğul olan fermerlər üçün əksər vaxtlarda çətinliklər yaradır. Əsas çətinlik isə pampıq yığımının tam başa çatması payızın ilk günlərinə təsadüf etdiyi üçün bir çox hallarda yağan aramsız yağışların toxum səpini üçün əlverişsiz olmasıdır. Bu zaman əkilən toxumların məhsuldarlığı çox aşağı olur və demək olar ki, səpilən toxumların bir hissəsi çürüməyə məruz qalır. Bundan başqa, taxıl səpini üçün gecikmiş fermerlərin çarpaz ağır diskli maladan istifadəsini vacibdir. Yığılmış sahələrdə pambıq çöpləri 2-3 dəfə çöpdoğrayanla doğranılaraq siterat kimi torpağa verilməlidir. Bu da məhsuldarlığın yüksək olmasına şərait yaradır.

Artıq bölgələrimizdə taxıl əkininə start verilib. Bölgələrdə taxılçılıqla məşğul olan fermerlər və  və torpaq mülkiyyətçiləri əkin zamanı daha çox yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də bölgələrdə taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.

 

Taxılın səpin müddəti

Payızlıq dənli bitkilərdən yüksək və sabit məhsul almaq üçün ən mühüm aqrotexniki tədbirlərdən biri səpin müddətidir. Toxumun payızda vaxtında əkilməsi bitkilərin güclü və yaxşı inkişaf etməsinə səbəb olur və nəticədə bitkilərin qışın şaxtasına davamlılığı artır. Payızlıq bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Bitkiləri zərərvericilərdən qorumaq üçün dərmançiləyən aqreqatla dərmanlaya bilərsiniz.

Respublikamızın ayrı-ayrı zonalarında payızlıq dənli bitkilər üçün aşağıdakı əlverişli səpin müddətləri müəyyən edilmişdir:

  • Aran suvarma zonalarında oktyabrın 15-dən 25-ə qədər;
  • Bu zonanın rütubətlə təmin olunmuş dəmyə rayonlarında isə oktyabrın 10-dan 20-ə qədər;
  • Dağətəyi zonanın rütubətlə təmin olunmayan dəmyə rayonlarında sentyabrın 20-dən oktyabrın 5-ə qədər;
  • Dağlıq zonada isə avqustun 20-dən sentyabrın 10-a qədər aparılmalıdır.

 

 

Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra edilir. İslahat xarakterli tədbirlərin həyata keçirilməsi aqrar sahədə inkişafı sürətləndirir və gəlirli sahəyə çevrilməsini təmin edir.

Siz “Prior Leasing” ASC-dən italyan brendi “Mashio Gaspardo”nun çöpdoğrayanı və dərmançiləyənini, Türkiyə brendi “Şakalak”ın ağır diskli malası və taxılsəpənini, o cümlədən hər növ kənd təsərrüfatı texnikasını 40% dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə əldə edə bilərsiniz.

Baxış: 4928


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar