Bloq / Press


İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatına necə təsir edir?

İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatına  necə təsir edir?

Dünyada baş verən iqlim dəyişikliyinin təsiri artıq ölkəmizdə də aydın şəkildə görünür. İqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitinin ən çox təsir göstərdiyi sahə kənd təsərrüfatıdır. Artıq qış aylarında havanın temperaturu normadan yüksəkdir, hətta aran rayonlarında bəzi günlərdə 15-20° C təşkil edir.

Ölkədə bitkiçilik məhsullarının 80 %-dən çoxu suvarılan torpaqlarda istehsal olunur. İqlim dəyişmələrinin təsiri ilə su resurslarının azalması kənd təsərrüfatını ciddi təhlükə ilə üz-üzə qoyur. “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə iqlim dəyişmələrinin və digər təbii amillərin kənd təsərrüfatına mənfi təsirinin azaldılması mexanizmlərinin işlənilməsi məsələsi də nəzərə alınıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı tarixli Fərmanı ilə təsdiq edilən Strateji Yol Xəritəsində qeyd edilir ki, 2080-ci il üçün qlobal səviyyədə orta illik temperaturun 4° C artması gözlənilir.

İqlim dəyişikliyi nəticəsində dəyən zərər üçün hansı işlər görülür?

Bəli, iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu zərərin təsirinin azaldılması, həmçinin bu dəyişikliyə maksimum uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər görülür. Bunlardan biri “iqliməsaslı ağıllı kənd təsərrüfatı”nın təşviqidir.

“Ağıllı kənd təsərrüfatı” nədir və ölkəmizdə necə tətbiq edilir?

“Ağıllı kənd təsərrüfatı”nda məqsəd kənd təsərrüfatının idarəedilməsi və inkişafında müasir texnolgiyalarla innovativ həllərə nail olmaqdır. Bu model, eyni zamanda həm məhsuldarlığın artmasına, həm də qiymətlərin rəqabət qabiliyyətli olmasına imkan verir. “Ağıllı kənd təsərrüfatı” fermerlər tərəfindən daha düzgün qərarların qəbul edilməsi, dəqiq idarəçilik, resursların qənaətli istifadəsi və bu kimi digər amilləri özündə birləşdirir və texnoloji sahələrlə birbaşa əlaqəlidir.

İdarəetmə Məlumat Sistemləri – hər hansı bir təsərrüfatın fəaliyyətini və funksiyalarını yerinə yetirmək üçün lazımi məlumatların toplanması, emalı, saxlanması və yayılması üçün planlaşdırılan sistemdir.

Dəqiq kənd təsərrüfatı – verilənlərin effektiv istifadəsinə görə ətraf mühitə ən az təsirlə iqtisadi səmərənin artırılmasına əsaslanır. Buraya:

  • qərar vermək üçün dəstək sistemləri;
  • dronlar və peyklərdən əldə edilmiş görüntülər;
  • “GPS”“GNSS” sistemlərindən alınmış məlumatlar əsasında xəritələrin formalaşdırılması;
  • tələbata uyğun olaraq, minimum resurslar əsasında maksimum nəticənin əldə olunması daxildir.

Kənd təsərrüfatı avtomatlaşdırması və robototexnika – robototexnika, avtomatik idarəetmə və süni intellekt üsullarını, o cümlədən “farmbot”  farmrobotlar”ın kənd təsərrüfatı istehsalının bütün səviyyələrində tətbiqini hədəfləyir.

2023-cü ildə qeydə alınan statistik məlumata əsasən, Beyləqanda “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə becərilən taxıl sahəsində 1 hektar sahədən 80 sentner məhsul yığılıb. Bu təcrübə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə həyata keçirilib. Həmin vaxt təcrübə məqsədli tətbiq edilən bu metodda hər hektar üçün 150 kq toxum səpilib, ənənəvi metodda isə 250-300 kq toxum səpini aparılıb. Bitkinin becərilməsi zamanı azot, fosfor və digər fərqli qida maddələri tətbiq olunub. Həmçinin bitkinin yemləmə və suvarılması da təklif olunan təcrübəyə əsasən aparılıb. Nəticədə isə yüksək məhsuldarlıq əldə olunub. Beləliklə, müasir metod həm məhsuldar, həm də qənaətcildir.

İqlim dəyişikliyinə qarşı pambıqçılıqda hansı işlər görülür?

Nüvə və əlaqəli üsullara əsaslanan “iqliməsaslı ağıllı kənd təsərrüfatı” təcrübələrini həyata keçirən Azərbaycan tədqiqatçıları və fermerlər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihə çərçivəsində pambıq istehsalının məhsuldarlığını iki dəfədən çox artırmağa nail olublar. Kənd təsərrüfatı məhsuldarlığını dayanıqlı şəkildə artıran “iqliməsaslı ağıllı kənd təsərrüfatı” təcrübələri ilə birlikdə, “pambıq super” adlı yeni sortun istifadəsi sayəsində bu pilot layihə ölkədə məhsuldarlığı bir hektardan orta hesabla 3 tondan 8 tona yüksəldib.

Nüvə və əlaqəli üsullara əsaslanan “iqliməsaslı ağıllı kənd təsərrüfatı” təcrübələrini həyata keçirən Azərbaycan tədqiqatçıları və fermerlər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihə çərçivəsində pambıq istehsalının məhsuldarlığını iki dəfədən çox artırmağa nail olublar. Kənd təsərrüfatı məhsuldarlığını dayanıqlı şəkildə artıran “iqliməsaslı ağıllı kənd təsərrüfatı” təcrübələri ilə birlikdə, “pambıq super” adlı yeni sortun istifadəsi sayəsində bu pilot layihə ölkədə məhsuldarlığı bir hektardan orta hesabla 3 tondan 8 tona yüksəldib.

Nüvə və əlaqəli üsullar kənd təsərrüfatında məhsuldarlığı artırmaqla yanaşı, kənd təsərrüfatı sistemlərinin iqlim dəyişikliyinə dözümlülüyünü artırır. Azərbaycanda tədqiqatçılar stabil izotop olan azot-15-in (N-15) olduğu üsuldan istifadə edirlər. Azot bitkilərin böyüməsi və fotosintezində mühüm rol oynayır. O, bitkilərin karbon qazını və günəş işığını bitki qidasına çevirir. Azot gübrələrinin həddindən artıq və ya düzgün tətbiq edilməməsi isə atmosferə istixana qazlarının atılmasına, eləcə də yerüstü və yeraltı suların çirklənməsinə səbəb olur.

Kənd təsərrüfatı obyektlərində adətən sığorta hadisəsi baş verir. Məhsullar təbii hadisələr nəticəsində tələf ola bilir və sığortaçı bunun üçün ödəniş etməli olur. Məhz “ağıllı kənd təsərrüfatı” konsepsiyasının genişlənməsi, həmçinin sığorta problemlərinin aradan qaldırılmasında effektiv rol oynaya bilər.

Dəqiq kənd təsərrüfatına xidmət edən “GPS” funksiyalı “New Holland” traktorlarını HƏDİYYƏLİ və ÇOX SƏRFƏLİ TƏKLİFLƏRLƏ “Prior”dan əldə edin.

İstinadlar:

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb-saytı 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi veb-saytı:

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın rəsmi veb-saytı:

Baxış: 71


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar