Bloq / Press


Fermerlər üçün maliyyə planlaşdırması: qışa hazırlıq büdcəsi necə qurulmalıdır?

Fermerlər üçün maliyyə planlaşdırması: qışa hazırlıq büdcəsi necə qurulmalıdır?

1. Gəlirlərin və xərclərin hesablanması

İlk addım cari ilin mövsümi gəlirlərinin və xərclərinin təhlilidir. Yay və payız aylarında əldə edilən gəlirlər (məsələn, məhsul satışları, subsidiya ödənişləri və s.) qeyd edilməlidir. Həmçinin həmin dövrdə çəkilən əsas xərclər (toxum, gübrə, suvarma, yanacaq, işçi qüvvəsi) sənədləşdirilməlidir. Burada nümunə kimi 40 ha taxıl sahəsinin mövsümi (təqribi) gəlirlərini və xərclərini göstəririk

Nümunə:

Mənbə / Xərc

Məbləğ (AZN)

Buğda satışı

48000-54000

Toxum və gübrə xərci

-4500

İşçilərin əməkhaqqı xərci

-3000

Yanacaq

-1200

Qalıq gəlir

39 300-45 300

 

Bu cədvəldəki 39 300-45 300 AZN arasında dəyişən təqribi məbləğ sizin qışa hazırlıq üçün istifadə edə biləcəyiniz əsas maliyyə resursudur.

 

2. Qış üçün gözlənilən xərclərin planlaşdırılması

Qış dövründə aşağıdakı sahələr üzrə əsas xərclər planlaşdırılmalıdır:

 

 Texnikanın saxlanması və təmiri

Qış aylarında kənd təsərrüfatı texnikalarının istifadəsi azalır, lakin onların qorunması və qışa hazırlığı üçün baxım xərcləri labüddür.

  • Yağdəyişmə, antifriz, ehtiyat hissələri: 1000 AZN
  • Texnika üçün qapalı saxlama sahəsi təmiri: 700 AZN
  • Cəmi: 1700 AZN

 

Kommunal və əməliyyat xərcləri

 

  • Elektrik və su (3 ay): 450 AZN
  • Təsərrüfat üçün istilik sistemi (odun, kömür və s.): 600 AZN
  • İşçi maaşları (minimum heyət üçün): 900 AZN
  • Cəmi: 1950 AZN

 

3. Büdcə balansı və riskə qarşı ehtiyat fondu

Toplam qış xərcləri:

  • Texnika və təmir: 1700 AZN
  • Kommunal və əmək haqqı: 1950 AZN
  • Ümumi: 3650 AZN

 

Əgər əlinizdə olan maliyyə vəsaiti  39300 AZN və ya 45300 AZN-dirsə, bu halda, təxminən        32 000-38 000 AZN artıq büdcə qalır. Bu məbləği  ehtiyat fond kimi saxlamaq tövsiyə olunur.

Yanacaq qiymətlərində və digər xərclərdəki amilləri nəzərə alaraq, büdcənin 5-10 %-i ehtiyat kimi ayrılmalıdır.

Qışa hazırlıq üçün düzgün və detallı maliyyə planlaşdırması fermerin həm özünü, həm də sahəsini mövsümi kənd təsərrüfatı risklərindən qorumağa imkan verir. Əsas olan gəlirləri analiz etmək, xərcləri əvvəlcədən təyin etmək və risklərə qarşı plan qurmaqdır. Büdcəni rəqəmlərlə, real göstəricilərlə hazırlamaq fermerin qışdan zərərsiz çıxmasına zəmin yaradır.

 

 

 

Bəs kartof sahəsində qış büdcəsi necə qurulmalıdır?         

Kartof sahəsində hektar üzrə orta məhsuldarlığı 20 ton, satış qiymətini isə orta qiymətlə 1,25 AZN götürsək, bu, 25 000 AZN (bir hektar üçün) mənfəət deməkdir.

 

Başlıq

Təxmini məbləğ (AZN/ha)

Qeyd

1. Sahənin yığımsonrası təmizlənməsi və torpağın hazırlanması

500 AZN

Sahənin kartof çıxarıldıqdan sonra təmizlənməsi, şumlanması, lazım gələrsə malçlanması

2. Kartof toxumu, sort və keyfiyyət nəzarəti

1 200 AZN

Gələn mövsüm üçün keyfiyyətli toxum alınması

3. Gübrə, pestisid, preparatlar

800 AZN

Kimyəvi və mineral gübrələrin alınması, mübarizə tədbirləri

4. Suvarma və enerji xərcləri

600 AZN

Əgər suvarma tələb olunursa, elektrik, nasos, yanacaq xərcləri

5. Anbar və saxlanma xərcləri

400 AZN

Kartofun anbara daşınması, yığılması, soyuducu və ya “soyuq” saxlanma şəraiti varsa xərclər

6. Əməkhaqqı və əməliyyat xərcləri

700 AZN

İşçi qüvvəsi, maşın–mexanizasiya xərcləri, yanacaq

7. Risk ehtiyatı (yanacaqda qiymət artımı, digər zərərlər və s.)

300 AZN

Hava şəraiti və digər risklər üçün ehtiyat

Cəmi xərclər

≈ 4 500 AZN/ha

 

Məsələn, 30 ha bir kartof sahəsində (25 000 * 30 – 4500 * 30)  mənfəətdən və qışlıq xərclər çıxıldıqdan sonra təqribi qalıq (30 * 20 500) 615 000 AZN-dir.

 

Bu bloqumuzda istər yeni (gənc), istərsə də, təcrübəli fermerlər üçün  təsərrüfatda maliyyə idarəçiliyi tərəfini işıqlandırmağa çalışdıq.

 

XÜSUSİ QEYD: Qiymətlər təqribidir, bölgələrə görə dəyişə bilər.

 

Təsərrüfatınız üçün taxılbiçən kombaynı, kartofəkəni və digər kənd təsərrüfatı texnikalarını “Prior Leasing”dən MÜXTƏLİF və ƏLÇATAN kampaniyalar, BİR-BİRİNDƏN SƏRFƏLİ TƏKLİFLƏRLƏ əldə edin.

 

 

Baxış: 15044


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları