Payızda meyvə bağlarında görülməli əsas işlər: budama, gübrələmə və xəstəliklərə qarşı mübarizə
Azərbaycanda payız fəsli meyvə bağlarına qulluq işləri üçün ən mühüm dövrlərdən biridir. Yayın məhsuldar günlərindən sonra ağaclar qışa hazırlaşır və bu mərhələdə görülən tədbirlər onların sağlamlığına, şaxtaya davamlılığına və növbəti mövsümdə məhsuldarlığına birbaşa təsir göstərir. Payızda bağ işləri əsas üç istiqamətdə aparılır: budama, gübrələmə və xəstəliklərə qarşı mübarizə.
Payızda budamanın məqsədi:
- Xəstə, quru və zədələnmiş budaqların təmizlənməsi;
- Ağacın yuxarı hissəsinin seyrəkləşdirilməsi və günəş şüalarının bərabər paylanması;
- Havanın ağacın içərisinə rahat daxil olması;
- Gələcəkdə məhsulun artırılması.
Budamanın üsulları:
1. Sanitar budama: xəstə və qurumuş budaqlar kəsilir.
2. Formalaşdırıcı budama: gənc ağacların tacı formalaşdırılır.
3. Gəncləşdirici budama: köhnə ağacların məhsuldarlığını bərpa etmək üçün aparılır.
Ağacların budanması ilə bağlı praktiki məsləhətlər:
Budama işləri payızda yarpaqlar töküldükdən sonra görülməlidir. Qalın budaqlar kəsildikdə yaranın bağ bağı ilə örtülməsi tövsiyə olunur. İstifadə olunan mişar və qayçılar dezinfeksiya edilməlidir.
Payızda gübrələmənin əhəmiyyəti
Payız gübrələməsi ağacların qışda qida çatışmazlığından əziyyət çəkməməsi və yazda güclü inkişaf etməsi üçün vacibdir. İstifadə olunan əsas gübrələr:
- Üzvi gübrələr (peyin, kompost): torpağın münbitliyini artırır.
- Fosforlu gübrələr: kök sistemini möhkəmləndirir.
- Kalium gübrələri: şaxtaya davamlılığı artırır.
- Azotlu gübrələr: payızda məhdud miqdarda verilməlidir, çünki vegetasiyanı sürətləndirərək ağacın şaxtadan zərər görməsinə səbəb ola bilər.
Gübrələmə qaydası belədir:
Gübrələr ağacın kök dairəsi boyunca səpilməli, torpağa qarışdırılmalı və suvarma ilə möhkəmləndirilməlidir. Yaşlı ağaclarda gübrə miqdarı daha çox, gənc fidanlarda isə
daha az olmalıdır.
Torpaqda humusun artırılması
- Payızda verilən orqanik gübrələr (məs: peyin) torpağın strukturunu yaxşılaşdırır, havalanmasını artırır və mikroorqanizmlərin fəallığını gücləndirir.
Fosfor və kalium ehtiyacının ödənməsi
- Bu iki element ağacların kök sisteminin inkişafı, dona qarşı davamlılığı və növbəti il çiçəklənməsi üçün çox önəmlidir.
Qeyd: azot gübrəsi payızda çox az miqdarda və ya ümumiyyətlə, verilməməlidir. Çünki bu, vegetasiyanı uzada bilər və bu da ağacların şaxtaya düşmə riskini artırar.
Gübrələmə üçün ən yaxşı vaxt hansıdır?
- Yarpaqlar töküldükdən sonra – adətən oktyabrın ortasından noyabrın sonuna qədər;
- Torpaq donmadan gübrə torpağa verilməli və əgər mümkündürsə, torpağa qarışdırılmalıdır (bel, torpaq frezi və ya kultivatorla).
Meyvə bağlarında dərmanlama və xəstəliklərə qarşı mübarizə
Payızda xəstəlik və zərərvericilərə qarşı görülən tədbirlər bağın növbəti ildə sağlam qalmasına zəmin yaradır. Görülməli əsas tədbirlər:
- Budamadan sonra ağacların gövdə və iri budaqları mis tərkibli məhlullarla (bordo məhlulu, mis sulfat və s.) işlənməlidir.
- Ağacların qabığı təmizlənərək əhəng məhlulu ilə ağardılmalıdır. Bu həm zərərvericilərə, həm də şaxtaya qarşı qoruyucu rol oynayır.
Torpaqda qışlayan zərərvericilərə qarşı insektisidlərdən istifadə edilə bilər.
Əlavə məsləhətlər:
Yarpaqlar yığılıb bağdan çıxarılmalı və məhv edilməlidir.
Ağacların dibində torpağın yumşaldılması zərərvericilərin pup və sürfələrinin məhvinə kömək edir.
Bağda payızlıq işlərdə tez-tez buraxılan səhvlər
1. Çoxlu azotlu gübrə istifadəsi ağacın vaxtsız vegetasiyasına səbəb olur.
2. Budamanın yazadək təxirə salınması payızda görülmədiyi üçün xəstəlik riski artır.
3. Dərmanlamanın gecikdirilməsi zərərvericilər torpaqda qışlayır və yazda çoxalır.
4. Quru budaqların saxlanılması göbələk xəstəliklərinin yayılmasına şərait yaradır.
Bağına lazım olan hər növ kənd təsərrüfatı texnikasını:
BİR-BİRİNDƏN SƏRFƏLİ, ENDİRİMLİ və XÜSUSİ TƏKLİFLƏR;
40 % dövlət güzəşti;
60 ayadək FAİZSİZ lizinqlə
“Prior Leasing”dən əldə edin.
geri
Yeni məhsullar
İkinci əl texnikalar



