Bloq / Press


Bağçılıqda məhsuldarlığı artıran amillər

Bağçılıqda məhsuldarlığı artıran amillər

Bildiyimiz kimi, bağ mövsümü yaxınlaşır və mövsümə hazırlıq işləri başlayır. Bu istiqamətdə bağın suvarma suyu ilə təminatı, texnikaların yararlılığı, bitkilərin (ağacların) sağlamlığı kimi amillərə diqqət etmək, əvvəlcədən tədbir görmək lazımdır. Çünki bunlar mövsümdə bağın məhsuldarlığına birbaşa təsir göstərən amillərdir.

 

Müasir dövrdə bəzi bağlarda suvarma damcı üsulu ilə aparılır. Bu, tam mexanikləşdirilmiş üsuldur. Bu üsulda plastik borulara vurulan su ağaclara avtomatik olaraq ötürülür. Beləliklə, vaxt və su itkisinin qarşısı alınır. Damcı üsulu artıq bağın məhsuldarlığında müstəsna rol oynayır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, Azərbaycanda meyvə yetişdirənlər dövlətdən subsidiya almaq üçün damcılı suvarmadan istifadə etməlidirlər. Müəyyən sayda ting, damcılı sulama, tinglərin veqetativ calaq altısı tələbini ödəyən bağ intensiv bağ hesab edilir.  İntensiv bağlara daxildir:

  • alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
  • limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
  • fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
  • badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
  • əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
  • Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

 

Texnikaların – traktorun və aqreqatların istifadəyə yararlı, saz vəziyyətdə olmağı da vacib nüansdır. Məsələn: torpağınızı şumlayanda və ya frezləyəndə traktorunuz və müvafiq aqreqatınız “sağlam” deyilsə, siz mövsümdə istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.  Sizə torpağı gübrələyərkən yeni bir bağ traktoru və gübrəsəpən,  keyfiyyətli şum üçün kotan, toxum yatağı hazırlamaq üçün frez və toxum səpini zamanı toxumsəpən lazım olacaq.

 

Müasir dövrdə ağacların və digər bitkilərin sağlam vəziyyətdə saxlamaq, bağı xəstəliklərdən və zərərvericilərdən qorumaq üçün bir çox innovativ tədbirlər görülür. Məhz bu aylarda traktora qoşulan dərmansəpən aqreqat vasitəsilə zərərvericilərlə mübarizə işi davam etdirilir. Dərmansəpənin içinə yerləşdirilən maye dərman xəstə ağaca, bitkiyə və ya zərərvericiyə püskürdülür. Bu üsulla zərərvericilərə qarşı effektiv nəticə almaq olur.

 

Mövsümdə yüksək məhsuldarlıq əldə etmək üçün sizə lazım olan texnikaları “Prior”dan 40 % dövlət güzəşti, faizsiz və sərfəli lizinq şərtləri, xüsusi şərtli, müxtəlif kampaniyalarla əldə edə bilərsiniz.

Baxış: 3884


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar