Bloq / Press


Bərdə Peşə Liseyində Aqrar İnnovasiya Festivalı

11 iyul 2023-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilmişdir. Festivalda “Prior Leasing” şirkəti lizinqlə satışını həyata keçirdiyi traktorların və aqreqatların təqdim olunduğu stendlə iştirak etmişdir.

Festivalda elm və təhsil naziri Emin Əmrullayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov iştirak etmişlər. Hər iki nazir stendlərimizi ziyarət etmiş, texnikalarımızla yaxından tanış olmuşlar.

Tədbirdə aqrar sahənin inkişafı məqsədilə prioritet istiqamətlər üzrə fermerlər üçün təlimlər təşkil edilmişdir.

Tədbir zamanı, həmçinin fermerlər tərəfindən texnikalarımıza böyük maraq göstərilmiş, onların müraciətləri mütəxəssislərimiz tərəfindən yerindəcə qəbul edilmişdir.

Baxış: 1882


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar