Bir aqreqatla çox iş: müasir fermerin çoxfunksiyalı texnikaları

Müasir fermerlər artıq bir traktor üçün çox sayda aqreqat almaq istəmir. Onların bu istəklərini nəzərə alan aqrotexnika istehsalçıları bir neçə işi eyni vaxta görə bilən vahid aqreqatların intensiv istehsalına başlayıblar. Çünki kombinələşdirilmiş mexanizmə malik bir aqreqat həm vaxta, həm yanacağa, həm də baxım və təmir kimi müxtəlif xərclərə sinxron qənaət deməkdir.
Fərqli torpaqlara uyğun beynəlxalq, çoxfunksiyalı aqrotexnika brendləri
Bu gün dünyada İsveç brendi "Väderstad", Almaniya brendi "Lemken" bu texnikalar sırasında yüksək keyfiyyəti və universallığı ilə fərqlənir. Belə ki, "Väderstad"ın bu çoxfunksiyalı aqreqatları hər növ torpaq şəraitində, "Lemken"in aqreqatları isə ağır və nəmli torpaqlarda göstərdikəri yüksək performanslarla fərqlənir. Bunlara əlavə olaraq, ABŞ istehsalı "Great Plains"in çoxfunksiyalı aqreqatları yalnız geniş səthlərdə, Almaniya istehsalı "Amazone"un eynitipli aqreqatları isə sadəcə orta və ağır torpaqlara görə istehsal edildikləri üçün faydalılığı məhduddur.
Bu brendlərə məxsus aqreqatların bəziləri diskli torpaq becərmə, toxum səpini və gübrələmə işlərini eyni vaxtda görə bilir. Bəziləri isə şumsuz və ya azşumlu torpaqlarda toxum və gübrəni sinxron yerləşdirməsinə görə çox faydalıdır.
"Väderstad" nə üçün bu kateqoriyada liderlərdəndir?
60 ildən çox istehsalçı təcrübəsi ilə "Väderstad" hazırda kombinələşdirilmiş aqreqat sinfinin liderlərindəndir. "Väderstad" ölkəmizə ilk dəfə olaraq bu il "Prior Leasing" tərəfindən gətirilərək satışı həyata keçirilir. "Väderstad Carrier XL 425" diskli kultivatoru çarpaz disklərin “MultiSet” bucaq tənzimlənməsi və ağır, lövhəvari dayaqlar kimi bir neçə komponentin birləşdiyi aqreqatdır. Bu aqreqatdakı “TrueCut” diskləri iti və bərabərbucaqlı quruluşu sayəsində davamlı və effektiv işləmə qabiliyyətini uzun müddət saxlayır. Bu, torpağın qatı təbəqəsini önəmli ölçüdə xırdalayaraq hamarlayır. “TrueCut” disklərinin işinin davamında ağır polad vərdənə torpağın hamarlığını üst səviyyəyə çatdırır. “Carrier XL 425” in təkər və vərdənə dəstəkləyicisi bu hissələrdə idarəetməni hidravlik olaraq tənzimləyir. Bu hissə təkərləri nəm yerlərdə və ya səthi işləmə lazım olduqda tənzimləməyə kömək edir.
"Väderstad" brendinə məxsus “Rapid 300C” toxumsəpən maşını bir gedişdə torpağı əkinə hazırlayır, gübrələməni və səpini həyata keçirir və səpin cərgəsini bağlayır. Bu kombinələşdirilmiş texnika sadə və güclü konstruksiyası sayəsində uzunömürlüdür, minimum istismar xərci və vaxt sərfiyyatı ilə yüksək performans göstərir.
Əkinə başlamadan torpaq traktor təkərləri ilə sıxılır. "Rapid"ə qoşulmuş bu pivot dəstəkləyici təkərlər arasındakı hissələrdə də bərabər sıxılmanı təmin edir.
Ağır, lövhəvari dayaqlara bağlı alət çərçivəsi (CrossBoard Heavy) “Rapid”toxumsəpənini çevikləşdirir və əkin işlərini sürətləndirir. Sərt dişlər və bucaqlı aşınma lövhələri ilə təchiz olunub, torpaq parçalayıb, sahəni düzləşdirir. Çox ağır torpaqlarda işləyərkən, eyni zamanda toxum yatağı hazırlayır. Texnika ikisıralı, 450 mm diametrli və konik formalı disklərlə təchiz olunmaqla torpağın üst qatını kəskin şəkildə kəsərək saman,torpaq və digər qalıqları intensiv şəkildə xırdalayır.
Aqreqatda mövcud olan izləyici dırmıq “Väderstad” tərəfindən təqdim olunan uzunömürlü bir alətdir. Bu alət toxum səpildikdən sonra torpağın səthində buxarlanma maneəsi yaradır və iri torpaq parçalarını, həmçinin alaq otlarını səthə çıxardaraq torpağın strukturunu yaxşılaşdırır. Aşınmaya məruz qalan hissələrdə sərt metal ilə gücləndirilmiş dişlərə malik olması istifadə müddətini əhəmiyyətli dərəcədə artırır.
Siz bir aqreqatla çox iş görmək üçün “Väderstad”ın texnikalarını “Prior”dan bir-birindən sərfəli şərtlərlə əldə edin.
geri