Bloq / Press


Caspian Agro 2023 | Prior

Caspian Agro 2023 | Prior

17-19 may 2023-cü il tarixlərində Bakı Expo Mərkəzində keçirilmiş 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Prior” müxtəlif təyinatlı traktorlar və aqreqatların təqdim olunduğu 7 stendlə - “Prior”, “New Holland”, “Landini”, “Lovol”, “Solis”, “Maschio Gaspardo”, “Türk aqreqatları” stendləri ilə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva stendlərimizi ziyarət etmiş, innovativ texnika və texnologiyalarımızla yaxından tanış olmuşlar.

Tədbir zamanı iştirakçılar traktorlar və aqreqatlarla yaxından tanış olmuş, “Prior” əməkdaşları tərəfindən iştirakçılara məhsulların texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir.

“Prior”un əsas məqsədi aqrar sahədə dövlətin həyata keçirdiyi islahatlar nəticəsində yaranmış yeni lizinq və kredit məhsullarını fermerlərə təqdim etmək, texnikaların maliyyələşməsini 40% dövlət subsidiyası və sərfəli lizinq şərtləri ilə təşkil etməkdir. Həmçinin fermerlərin rəy və istəklərini öyrənib, onlara daha yaxşı xidmət göstərmək, kənd təsərrüfatı sahəsində ehtiyac duyulan xidmət və məhsulları vətəndaşlara daha da əlçatan etməkdir.  

 

Baxış: 763


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar