Düzgün suvarma sisteminin qurulması
Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar artıq indidən yaz və yay aylarında təsərrüfatın suvarılması ilə bağlı hazırlıqlara başlayırlar. Hər bir fermer suvarma sisteminin onun təsərrüfatına və birbaşa məhsuldarlığına olan təsirindən xəbərdar və agahdır. Yaxşı, bəs uğurlu bir mövsüm üçün fermer təsərrüfatının suvarma sistemlərini necə hazır vəziyyətə gətirməlidir?
Fermer ilk olaraq hansı suvarma sistemindən istifadə etməli olduğuna qərar verməlidir. Bu qərara təsir edən bir neçə amil var. İlk olaraq bitki və torpaq örtüyü qərarvermə prosesinə təsir edir. Qeyd edək ki, bir bitki üçün üçün uyğun olan suvarma sistemi digər bitki üçün bir o qədər də effektli olmaya bilər. Müvafiq olaraq fermerin avtomatik, damcı və yağış yağdırma kimi seçimləri var.
Yuxarıdakılarla yanaşı fermer seçim edərkən təsərrüfatın xərclərni nəzərə alıb suvarma sistemini seçməlidir. Belə ki, bəzən avtomatik suvarma baha ola bilir. Yaxud da hansısa suvarma sistemini quraşdırmaq üçün əlavə işlər görülməli ola bilər və bütün bunlar da müəyyən xərclərin yaranması ilə nəticələnə bilər.
Suvarma prosesi üçün əsas vacib detallardan biri də məhz sudur. Odur ki, suvarma üçün istifadə ediləcək suyun hövzəsi və onun yay ayları üçün nə qədər davamlı olacağını elə bugün planlamaq lazımdır. Seçdiyiniz suvarma sistemi üçün davamlı və suvarma üçün keyfiyyəti suyun olması çox vacibdir.
Elektrik xətti və nasos da növbəti vacib detallardan biridir. Nasosun gücü ilə təsərrüfatınızın sahəsi düz mütənasib olmalıdır. İsti aylarda suvarma sistemində yaranan kiçik bir problem təsərrüfatınız üçün baha başa gələ bilər.
Sonda isə təsərrüfat sahibi hansı bitkilər üçün, nə qədər ərazi üçün suvarma sistemini quraşdırmalı olduğunu bilməli və hazırlıqları yaza qədər bitirməlidir. Eyni zamanda suvarma sistemlərinin hazır vəziyyətə gəldiyində test etməyi də unutmayın.
geri