Bloq / Press


Fermer olmaq istəyənlər üçün 6 qızıl tövsiyə

Fermer olmaq istəyənlər üçün 6 qızıl tövsiyə

Kənd təsərrüfatı istər ölkənin xammal ehiyacı və iqtisadi inkişafı, istərsə də qlobal təchizat “zəncirinin qırılmaması” üçün vacib sahədir.

 

İstiqamətimi necə müəyyənləşdirə bilərəm?

Kənd təsərrüfatı ilə bağlı axtarışa başlayanda müxtəlif bölgələrdən olan fermerlərlə və onların təsərrüfatları ilə tanış olmaq istəyəcəksiniz. Zəhmətkeşlərdən uğur hekayələrini dinləmək və canlı şahid olmaq sizi ruhlandıracaq.

 

Yüksək məhsuldarlıq təvəzökarlığa mane ola bilər?

Torpağı hiss etmək və onun inkişafına şahid olmaq sizi təvəzökarlığa sövq edəcək. Təsərrüfat sizə dəbdəbəli geyimlərlə firavan həyatı təqdim edəcək, amma siz iş zamanı bahalı ayaqqabınızı çıxarıb, torpaqda işləməli olacaqsınız. Çünki bütün varlığın mənşəyi təbiətdir, torpaqdır. Əkinçilik müxtəlif peşə sahələrindən olan insanların ortaq nöqtələrindən biridir. Ona görə ki kənd təsərrüfatı məhsulları statusundan asılı olmayaraq, bütün insanların ehtiyacıdır.

 

Hər şey kiçik bir “təşəkkür” üçündür?

Təbii ki, xeyr. Fermerlər hər kəsi qida ilə təmin etməklə cəmiyyətin yaşayışın davamiyyətində mühüm rol oynayırlar. Bunun müqabilində fermerlər hər kəsin sevgi və hörmətini qazanırlar, onların fədakar zəhməti milyardlarla insan tərəfindən təqdirlə qarşılanır. Beləliklə, siz bəlkə də bir “sağ ol” üçün uzun bir yol keçirsiniz, amma yüksək məhsuldarlıq, eyni zamanda sizə maddi olaraq bir sərvət qazandırır.

 

Bəs bu, nə qədər vaxt tələb edir?

Həyatımızdakı bəzi şeylər bizim nəzarətimizdən kənardadır. Biz bunu qəbul etməliyik. Həmçinin əkinçilikdə də bu, belədir. Əkinçilikdə hər mövsüm müxtəlif nəticələr əldə etmək mümkündür. Siz ola bilsin ki, ilk vaxtlar məhsul yığımında nisbətən aşağı nəticə əldə edə bilərsiniz. Amma ruhdan düşməməli, növbəti mövsümlərdəki yüksək nəticələr üçün var gücünüzlə işləməyə davam etməlisiniz.

 

Eyni vaxtda həm çox çalışa, həm də əylənə bilərəm?

Gördüyünüz işləri əkinçiliyə maraqlı və sağlam bitki yetişdirməyi sevən digər insanlarla bölüşəndə kənd təsərrüfatı həqiqətən əyləncəlidir. Siz, həmçinin bağınızda və ya sahənizdə traktorunuzun audiosistemi vasitəsilə işinizi əylənərək görə bilərsiniz. Şübhəsiz ki, məhsul yetişdirmək zəhmətlidir, amma heç darıxdırıcı deyil.

 

İşdən necə zövq ala bilərəm?

Təsərrüfatda həyat rahat deyil, amma sadə və cəzbedici olması sizin əlinizdədir. Əgər becərmə yaxşı olsa, təsərrüfatınız sizə qidalanmaq üçün lazım olan hər şeyi verə bilər və siz bundan zövq alacaqsınız.

 

Bu gün ölkəmizdə aqrar sahəyə dövlət dəstəyi bir neçə istiqamət üzrə aparılır:

 Siz Aqrar Sığorta Fondu vasitəsilə həm təsərrüfatınızı, həm də məhsullarınızı müxtəlif növ təbii fəlakətlərə və qəsdən ziyanvurmalara qarşı qoruya bilərsiniz. Əlavə olaraq, fermerlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 26 aprel 2019-cu il tarixli “Q-08-19” nömrəli qərarı sayəsində traktorlarıaqreqatları 40 % dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə əldə edə bilirlər. Həmçinin fermerlərə dəstək məqsədilə uzunmüddətli və güzəştli kreditlər də təklif olunur.

 

Təsərrüfatınıza uyğun traktoru və aqreqatları “Prior”dan ENDİRİMLİ və HƏDİYYƏLİ təkliflər, 40 % dövlət güzəşti və 60 ayadək FAİZSİZ lizinq şərtləri ilə əldə edə bilərsiniz.

Baxış: 4532


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar