Bloq / Press


Fermerlər səyyar lizinq xidmətlərindən yararlanmağa başladılar

Fermerlər səyyar lizinq xidmətlərindən yararlanmağa başladılar

Peşəkar əmək, istifadə olunan texnologiyaların daim yenilənməsi, sabit maliyyə imkanları və etibarlı təchizatçılar uğurlu işin ən vacib komponentləridir. Koronavirusun yeni növü olan COVID-19 və onun qarşısının alınması üçün yeridilən dünya üzrə karantin bu komponentlərdən ən azı üçünə zərbə vurmuşdur. Sərhədlərin bağlanması, ölkə daxilində hərəkətin məhdudlaşdırılması mal və xidmətlər istehsalını praktik olaraq qeyri-mümkün edir və müxtəlif biznes sahələrini dayandırır.

Bəzi sektorlarda bu gecikmiş tələbə formalaşırsa və karantindən sonrakı aylarda öz yerinə qayıda bilirsə, eyni şeyi kənd təsərrüfatı haqda demək olmayacaq. Bu işin mövsümiliyini heç bir karantin ləğv edə bilməyəcək və əlavə olaraq, ərzaq təhlükəsizliyi hər hansı bir hökumətin, o cümlədən Azərbaycan Respublikası hökumətinin gündəmində olan əsas məsələlərdən biridir. Karantin və qapalı sərhədlər şəraitində hökumətin kənd təsərrüfatına diqqəti artır. Buna sübut olaraq, Azərbaycan Respublikasının Prezidentinin 8 aprel 2020-ci ildə verdiyi 985 nömrəli qərarı olan “Kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinin stimullaşdırılması məsələləri və 19 dekabr 2018-ci ildə verilən 413 nömrəli “Kənd təsərrüfatı sektoruna və aqrar sahədə lizinq fəaliyyətinə dövlət dəstəyi” haqqında qərara edilən dəyişikliklərin əlavə olunmasını buna sübüt gətirmək olar. Hansı ki fermerlər üçün mikrokredit modelində dəyişiklik edir, Kənd Təsərrüfatı Nazirliyinin əsaslı monitorinqi altında kənd təsərrüfatı istehsalçılarına və fermerlərə karantin zamanı hərəkət etməyə və mövsümi işləri davam etdirməyə imkan verir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf və Kredit Agentliyi avadanlıq, texnologiya və gübrələrin subsidiya verilməsi üzrə işləri gücləndirdi.

Mövsümlə əlaqədar fermerlərin ehtiyac duyduqları kənd təsərrüfatı texnikalarını rahat və tez bir zamanda əldə etmələri üçün “Prior Leasing” ASC  20 Aprel tarixindən başlayaraq Azərbaycanın bölgələrində səyyar satışa başlamışdır. Şirkətin tətbiq etdiyi yeni xidmət vasitəsilə fermerlər olduqları ərazini tərk etmədən 30-40 dəqiqə ərzində sadə rəsmiləşdirmə prosesi nəticəsində istədikləri texnikanı əldə edə bilirlər.  

Ölkəmizdə qısa zaman müddətində və olduqları ərazini tərk etmədən texnika əldə etmək təcrübəsi fermerlər üçün yenidir. Daha əvvəl fermer təsərrüfatına lazım olan texnikanı əldə etmək üçün Bakıya gəlməyə və bir neçə saat davam edən rəsmiləşdirmə prosesində iştirak etməyə məcbur olurdusa, hal-hazırda texnika fermerin yanına gəlir və təsərrüfat sahibi rəsmiləşdirmə prosesinə saatlarla vaxt sərf etmədən istədiyi texnikanı əldə edir. 

Səyyar satışla bağlı fermerlərə məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzləri və yerli bələdiyyələr vasitəsilə bildirilmişdir. Səyyar satış xidmətinin ilk başladığı Sabirabad rayonunda fermerlər səyyar satışa böyük maraq göstərmiş və təqdim olunan texnikalara yerindəcə baxış keçirmişlər. Saatlı rayonundan Təsərrüfat sahibi Muradov Əflatun  Prior Leasing-in yaratdığı bu xidmətdən yararlanaraq səyyar satış zamanı 40 dəqiqə ərzində Lisichki Z178 modelli otbiçən aqreqatını əldə etmişdir.

“Prior Leasing” ASC  səyyar satış zamanı koronavirsu pandemiyası ilə bağlı gigiyena qaydalarına həssaslıqla yanaşaraq səyyar satışda iştirak edən hər bir şəxsi tibbi maska və əlcəklərlə təmin etmiş, insanlar arasında məsafənin 2 metr saxlanılması tövsiyəsinə ciddi əməl edərək fermerləri fərdi olaraq mobil ofisdə qəbul etmişdir. 

“Prior Leasing” şirkəti kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə Aqrar Kredit İnkişaf Agentliyi vasitəsilə kənf təsərrüfatı texnikalarını ilkin ödəniş 20% olmaqla, 40% dövlət subsidiyalı 5 ilədək faizsiz lizinq şərtləri ilə təqdim edir. Bu günədək yüzlərlə fermerlərə müxtəlif növ k/t texnikaları yuxarıda göstərilən şərtlərlə təqdim edilmişdir.

Beləliklə, “Prior Leasing” və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin birgə səyi nəticəsində fermerlərin arxasında güvənilir təchizatçıların ən yeni texnologiyaları və stabil maliyyə dəstəyi olduğu üçün öz bizneslərini uğurla davam etdirə biləcəklər.

Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdtərəfindən təsis edilmişdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” şirkəti bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, iri və xırda buynuzlu damazlıq cins heyvanlarını, tikinti texnikalarını, həmçinin  avtomobilləri sərfəli lizinq şərtləri ilə təklif edir.

 

https://haqqin.az/news/176994

 

Baxış: 4740


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar