Bloq / Press


İnnovativ texnikalar 15-ci Beynəlxalq Caspian Agro sərgisində

İnnovativ texnikalar 15-ci Beynəlxalq Caspian Agro sərgisində

18-20 may tarixlərində Bakı Expo Mərkəzində keçirilmiş 15-ci beynəlxalq “Caspian Agro” sərgisində innovativ texnikalar, süni intellekt, ağıllı kənd kimi istiqamətləri əhatə edən xidmətlər təqdim edildi. Prior şirkəti sərgidə 5 stend – heyvandarlıq, Solis və Lovol traktor markaları, türk aqreqatları və maliyyə xidmətləri təqdim edən stendləri ilə təmsil olundu.

Bu il sərgidə nümayiş edilmiş texnikalar, müxtəlif kənd təsərrüfatı məhsulları və xidmətləri barədə fermerləri yaxından tanış etmək məqsədilə Prior şirkəti Azərbaycanın bütün rayonlarından fermerlərin sərgiyə gətiriliməsini təşkil etmişdir. Bölgələr üzrə fermerlər onlar üçün təyin edilmiş avtobuslarla sərgi müddətində 3 gün ərzində Bakıya gətirilmişdir. Priorun əsas məqsədi aqrar sahədə dövlətin həyata keçirdiyi islahatlar nəticəsində yaranmış yeni lizinq və kredit məhsullarını fermerlərə təqdim etmək, həmçinin fermerlərin rəy və istəklərini öyrənib, onlara daha yaxşı xidmət göstərmək, kənd təsərrüfatı sahəsində ehtiyac duyulan xidmət və məhsulları vətəndaşlara daha da əlçatan etməkdir.  

Prior şirkəti “Prior Leasing” ASC və “Prior Credit” BOKT QSC olaraq müştərilərə sadə və sürətli maliyyə həlləri təqdim edir.  2014-cü ildə yerli sahibkarlar tərəfindən təsis edilən, hazırda ölkənin müxtəlif yerlərində 13 filialı olan “Prior Leasing” ASC-nin əsas fəaliyyəti yerli təchizatçılarla yanaşı, ABŞ, Avropa, Çin, Hindistan, Türkiyə və.s. kimi ölkələrin xeyli sayda texnikalarının nağd və güzəştli lizinq şərtləri ilə satışını həyata keçirməkdir. 2020-ci ildə yaradılan “Prior Credit” QSC-nin əsas fəaliyyəti isə yerli fermer və sahibkarlara kredit sahəsində yardım etməkdir.  Təsis edildiyi gündən göstərdiyi xidmət, şəffaf fəaliyyətinə görə fermerlərin ilk seçim edəcəyi şirkətə çevrilmişdir. “Prior Leasing”ASC və “Prior Credit” QSC Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatıdır.

Baxış: 2383


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar