Bloq / Press


Kənd təsərrüfatı sahəsinə keçid üçün səbəblər: dövlət dəstəyi, güzəştlər, yeni texnologiyalar

Kənd təsərrüfatı sahəsinə keçid üçün səbəblər: dövlət dəstəyi, güzəştlər, yeni texnologiyalar

Ölkəmizdə iqtisadiyyatın müxtəlif qollarının inkişaf etdirilməsi istiqamətində işlər görülür. Bu məqsədlə kənd təsərrüfatını inkişaf etdirmək, həmçinin gənclərdə bu sahəyə maraq oyatmaq üçün bir sıra stimullaşdırıcı addımlar atılır.

 

Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində işləyən zəhmətkeşlərin effektiv işə, yüksək məhsuldarlığa nail olmaları üçün müvafiq təlimlər keçirilir. Bu təlimlər təsərrüfatın idarəedilməsi və fermerlərin məlumatlandırılması üçün də önəm daşıyır.

 

Aqrar sahənin inkişafı eyni zamanda, ölkədə qida təhlükəsizliyinin təmini üçün vacibdir. Bu gün aqrar sahədə tətbiq olunan yeni üsullar və texnikalarla çox az insan əməyi ilə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Bu sahədə tətbiq olunan güzəştlər kifayət qədər geniş bir əhatəyə malikdir. Aqrar sahədə fəaliyyət göstərən istehsalçılar torpaq vergisindən başqa, bütün vergilərdən azaddırlar. Bu halda, onlar məhsuldan əldə etdikləri gəlirlə təsərrüfatlarını genişləndirə bilirlər.

 

Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi çərçivəsində bir çox subsidiyalar tətbiq edilir. Belə ki, becərilən torpaq sahəsinin hər hektarına və məhsul yığımına, əkin növünə görə, subsidiyalar verilir. Əkinə verilən subsidiyalara görə, maya dəyəri aşağı düşür və fermerlər daha çox qazanc əldə edə bilirlər. Bu gün təsərrüfatlarda əkin üçün müasir üsullardan istifadə edilir. Əvvəllər əkin sahələrinin suvarılmasında böyük su itkisi baş verirdisə, indi müasir damcı üsulu ilə həm qənaət etmək, həm də effektiv nəticə əldə etmək mümkündür. Ölkəmizdə əkin subsidiyaları ilbəil artır. O cümlədən, pambıq, tütün, şəkər çuğunduru sahələri üçün də subsidiyalar mövcuddur. 

 

Bu gün Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyət göstərir. Artıq fermerlər Aqrar Sığorta Fondu vasitəsilə əkin sahələrini, heyvanları, bitki məhsullarını sığortalaya bilirlər. Aqrar sığorta bitkiləri aşağıdakı risklərdən sığortalayır:

-dolu;

-yanğın;

-zəlzələ;

-torpaq sürüşməsi;

-qasırğa;

-fırtına;

-üçüncü şəxslərin hərəkətləri.

Qaydalara görə əlavə ödəniş etməklə bitkiləri və məhsulları əlavə risklərdən də sığortalamaq olar. Aqrar Sığorta Fondonun məlumatına görə, Azərbaycanda 2023-cü ilin yanvar-iyun ayları ərzində ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. 

 

Toxumlar, iri və xırbuynuzlu heyvanlarla yanaşı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 26 aprel 2019-cu il tarixli “Q-08-19” nömrəli qərarı ilə traktorlar və aqreqatlar fermerlərə 40 % dövlət güzəşti və sərfəli lizinq şərtləri ilə satılır. Həmçinin fermerlərə uzunmüddətli, güzəştli kreditlər də verilir. Aqrar sahəyə dövlət dəstəyi bu sahədəki uğurlu inkişafın əsas səbəbidir. Ölkəmizdə artıq bəzi kənd təsərrüfatı məhsulları tələbatı tam ödədiyinə görə, həmin məhsulların idxalına ehtiyac yoxdur.

 

Bu gün dünyada qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq məhsul istehsalı azalıb. Belə olan halda, kənd təsərrüfatı məhsullarının qiyməti davamlı olaraq artır. Dünya bazarındakı bu vəziyyətə nəzər salsaq, dövlətin aqrar sahəyə olan dəstəyinin nə qədər önəmli olduğu daha aydın anlaşılır.

 

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanına əsasən fermerlərə güzəştli kreditlər də verilir. Siz təsərrüfatınız üçün sərfəli şərtlərlə kreditləri “Prior Credit BOKT” ASC-dən, traktorları və aqreqatları isə “Prior Leasing” ASC-dən əldə edə bilərsiniz.

Baxış: 4365


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar