Partnyorlarımızdan "Lovol"un vitse-prezidenti Dong Shukui-nin müsahibəsi

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi münasibətilə Azərbaycana gələn dünyaca məşhur aqrotexnika brendi “Lovol”un vitse-prezidenti Dong Shukui müsahibə verdi.
O, Azərbaycan aqrobazarına “Lovol”un giriş məqsədi, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyinə "Lovol"un yanaşması haqqında münasibətini bildirdi. O qeyd etdi ki, illər keçdikcə “Lovol” texnikasına artan tələbat və müştəri məmnuniyyəti bizim verdiyimiz qərarın düzgünlüyünü göstərir. Dong Shukui həmçinin satışdan sonrakı xidmət, texniki dəstək və ehtiyat hissələri ilə təminat sahəsində “Prior Leasing”lə əməkdaşlıq quraraq davamlı bir sistem yaratdıqlarını bildirdi. “Bu gün fermerlər qərar qəbul edərkən təkcə qiymətə yox, texniki xüsusiyyətlərə, enerji səmərəliliyinə və satışdan sonrakı xidmətin keyfiyyətinə də diqqət yetirirlər. Bu isə “Lovol” kimi keyfiyyətə və etibarlılığa böyük önəm verən şirkətlər üçün olduqca vacibdir”, - deyən “Lovol”un vitse-prezidenti Dong Shukui bazarda uzunmüddətli iştirakın təkcə iqtisadi yox, həm də strateji və sosial baxımdan faydalı olacağını qeyd etdi.
Dong Shukui Azərbaycanda kənd təsərrüfatının cari vəziyyəti haqqındakı düşüncələri və digər mövzular haqqında yerli media qurumlarının suallarını cavablandırdı. Müsahibəninin tamamını təqdim edirik:
geri