Azərbaycan Respublikası Mərkəzi Bankının 23 sentyabr 2020-ci il qərarı ilə “Prior Leasing” ASC-nin törəmə təşkilatı olan “Prior Credit Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə girov əmanəti qəbul etmək hüququ ilə kredit və sair bank əməliyyatlarının aparılmasına dair lisenziya vermişdir.
Qeyd edək ki, “Prior Credit” BOKT 04 may 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Prior Credit” BOKT-un səhimlərinin 100% təsisçisi “Prior Leasing” ASC-dir.