Bloq / Press


“Prior Leasing” Qubada keçirilən III Aqrar Biznes Festivalında texnikalarını nümayiş etdirib

Qubada  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Toxumçular Assosasiyasının təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Quba "ASAN xidmət" mərkəzində keçirilən Festivalda kənd təsərrüfatı təyinatlı texnikalar və aqrar sahəyə aid olan bir çox  məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat verilib.

 “Prior Leasing” də Festivala  satışını həyata keçirdiyi “New Holland”, “Lovol” və “Solis” kimi brendlərin bağ təyinatlı traktorlarını nümayiş etdirib, şirkət nümayəndələri fermerlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Festivalda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və digər dövlət rəsmiləri nümayiş olunan   texnikalarla yaxından tanış olublar.

“Prior Leasing” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Nilufər Mustafaqızı bildirib ki, peşəkar “Prior” komandası hər zaman fermerlərə daha yaxşı xidmət göstərmək üçün əzmlə çalışır, onlara texnikaları mütəmadi olaraq müxtəlif endirim kampaniyaları və xüsusi şərtlərlə təklif edir: “ Hazırda ölkəmizdə  20-dən çox satış nöqtəmiz   ilə geniş bir kütləyə xidmət göstəririk. Bu xidmətimizin daha da yaxşılaşdırılması, şirkətimizin fermerlərə əlçatanlığının təmin edilməsi üçün “Prior” ölkəmizin hər yerindədir. Onu da qeyd edim ki, “Prior Leasing” fəaliyyət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlarla və müştərilərlə əməkdaşlığa daima  açıqdır”

 

Baxış: 3509


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar