Bloq / Press


Qarğıdalı haqqında maraqlı məlumatlar

Qarğıdalı haqqında maraqlı məlumatlar

Qarqundey, peyğəmbəri, kəbə, məkə...
Əminik ki, bir çoxlarınız bu sözlərin bəziləri ilə tanışsınız. Bunlar “Qarğıdalı” sözünün dilimizdə istifadə edilən dialekt formalarıdır. Bu dəfə istədik ki, fərqli bölgələrdə, müxtəlif cür adlandırılan qarğıdalı bitkisi haqqında məlumat bölüşək.

Araşdırmalar göstərir ki, qarğıdalı, istehsalına görə dünyada 2-ci ən önəmli taxıl bitkisidir. Hazırda demək olar ki, bütün ölkələrdə qarğıdalı əkilir. Ən populyar dənli bitkilərindən olan qarğıdalı yeyinti sahəsi ilə yanaşı, sənaye, tibb və heyvandarlıqda da geniş istifadə olunur.
Sənayedə və məişətdə istifadəsinə geniş yer verilən bu dənli bitkinin tarixi ilə tanış olaq.

Qarğıdalının tarixi
Yaranma tarixi Amerika qitəsi ilə əlaqəli olan qarğıdalının vətəni Mərkəzi və Cənubi Amerika hesab edilir. Məsələn, Peruda aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, həmin ərazilərdə 5 min il bundan əvvəl intensiv şəkildə qarğıdalı yetişdirilib. Amma qarğıdalının bitki kimi ilk təsvirləri Hindistan qəbilələrinin mağaralarında tapılıb. Həmçinin Maya xalqlarının yaşadığı ərazilərdə də bu bitkinin kollarına rast gəlinib. Yəni qarğıdalının tarixini araşdırdıqca məlum olur ki, məhsulun becərilməsi lap qədim zamanlardan, təxminən 10 min il əvvəldən başlayıb. Günümüzdə də qarğıdalının geniş istifadəsi, ən çox əkilən dənli bitki olmağı yüz illərdir ona olan tələbatın bu gün də davam etdiyinin göstəricisidir.
Mayalılar qarğıdalını müqəddəs bitki kimi tanrıların hədiyyəsi hesab edirdilər. Bunu isə yaşadıqları ərazidə  əllərində qarğıdalı olan tanrıların divarlara çəkilmiş şəkilləri sübut edir.

Qarğıdalı Avropaya necə gəldi
Vətəni Amerika olsa da qarğıdalı bir müddət sonra Avropada da geniş yayılan dənli bitkilərdən oldu. Belə ki, ilk dəfə Xristofor Kolumbun Amerikaya ikinci səfəri zamanı Avropaya gətirilən qarğıdalı, ilkin dövrdə ekzotik bitki kimi qəbul edilirdi. Təxminən 20-30 il sonra Avropalılar qarğıdalını dənli bitki olaraq tanıdı.
Qarğıdalı haqqında maraqlı faktlar
Maraqlı tarixə malik bu bitki haqqında bəzi faktları da sizinlə bölüşürük.
Qarğıdalının hündürlüyü maksimum 4 m-ə çatır. Lakin Rusiyada əkilən bir qarğıdalının 5 m böyüməsi ilə adı ən hündür bitki kimi Rekordlar Kitabına salındı. Təbiətdə qarğıdalı nadirdir, tam inkişafı üçün xüsusi qayğı tələb olunur. Şirin dadı, yuvarlaq forması və parlaq rənginə görə bəzi xalqlar qarğıdalını bir giləmeyvə hesab edirdilər. Tapılan ilk qarğıdalı kollarının uzunluğu 5 sm və dənələri darı kimi kiçik olub. Müasir qarğıdalı dünyada üçüncü çörək məhsuludur. "Qarğıdalı" adı türk mənşəlidir və "hündür bitki" mənasını verən "hindistan cevizi" kimi səslənir.

Baxış: 5599


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar