Bloq / Press


"Prior Leasing" 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini uğurla başa vurdu

13 – 16 may 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2025” başa çatdı. Müasir fermerin maliyyə dəstəkçisi “Prior Leasing” bu il sərgidə uğurlu iştirakla yanaşı, sponsor kimi təşkilatçılıqda da aktiv iştirak etdi. 10-dan çox stendlə iştirak edən şirkət sərgidə traktorları, kombaynları, aqreqatları və lizinq xidmətlərini fermerlərə və kənd təsərrüfatı müəssisələrinə təqdim etdi.

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisindəki stendləri ziyarət etdi. Prezident İlham Əliyev adıçəkilən tədbirdə son texnologiya "New Holland" texnikaları ilə tanış oldu. “New Holland”ın regional direktoru Stuart Campbell dövlət başçısına bu kombaynların və traktorların innovativ özəllikləri, avtomatlaşdırılmış iş prinsipləri barədə ətraflı məlumat verdi. Builki “Caspian Agro” sərgisində “Prior Leasing”in təqdim etdiyi texnikalar sırasında “Lovol” markalı traktorlar da xüsusi yer tutdu. Müasir dizaynı, etibarlılığı və yanacaq səmərəliliyi ilə seçilən “Lovol” traktorları fermerlər tərəfindən böyük maraqla qarşılandı. Sərgidə, həmçinin dünyaca məşhur "Väderstad" markasının “Rapid 300C” və “Carrier 425 XL” modelləri Azərbaycanda ilk dəfə rəsmi olaraq nümayiş etdirildi. Eyni zamanda “Maschio Gaspardo” brendinin “UFO 400”, “Artiglio 300/7”, “Veloce 300” və “Campo 32 ISO” modelləri də ilk dəfə sərgiləndi. “Prior Leasing” tərəfindən təqdim olunan digər mühüm texniki yeniliklərdən biri də “Solis” və “Landini” traktorları oldu. Sadə mexanizmi və dözümlülüyü ilə tanınan “Solis” traktorları kiçik və orta təsərrüfatlar üçün ideal seçim kimi çıxış edir. Fermerlər bu modellərin manevr qabiliyyətindən, texniki baxımdan qənaətcil olmasından və istifadədə rahatlığından yüksək məmnunluqla bəhs etdilər. Bununla yanaşı, İtaliya istehsalı olan və dünya kənd təsərrüfatı texnikası sahəsində nüfuzlu ad qazanan “Landini” markalı traktorlar da sərgidə xüsusi maraq doğurdu. “Prior Leasing” bu markaların lizinq imkanlarını fermerlərə təqdim etməklə, onların texnika seçimini daha da genişləndirməyə və müasir kənd təsərrüfatı proseslərinə keçidi sürətləndirməyə çalışır.

Müasir fermerin etibarlı maliyyə tərəfdaşı kimi çıxış edən “Prior Leasing” sərgidə iştirakı ilə “ağıllı kənd təsərrüfatı”nı dəstəkləyən müasir texnikaların, eləcə də digər lizinq məhsullarının tanıdılmasını və bu texnologiyalara çıxışın asanlaşdırılmasını hədəfləyir. Şirkətin başlıca məqsədi kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün xidmətləri daha əlçatan etmək, göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaqdır.

Baxış: 162


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar