"Prior Leasing" komandası 1 İyun münasibətilə bölgələrdə
"Prior Leasing" şirkəti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bölgələrdə tədbirlər keçirib. Şəmkir, Gəncə, Bərdə və Göyçay şəhərlərində uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub. Şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində keçirilən bu tədbirlərdə məqsəd uşaqlara sevinc dolu anlar yaşatmaq, onların bayram gününü xüsusi və unudulmaz etməkdir. Tədbirlər zamanı uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təqdim olunub. Onlar tort süfrəsi ətrafında bir araya gəlib, oyunlar oynayıblar. Daha sonra uşaqlara müxtəlif hədiyyələr verilib. Tədbirlərdə iştirak edən valideynlər “Prior Leasing”in təşəbbüsünü yüksək qiymətləndirərək, belə layihələrin uşaqların inkişafı və sosial həyatına müsbət təsir göstərdiyini vurğulayıblar. “Prior Leasing” gələcəkdə də ölkənin müxtəlif regionlarında uşaqlar və ailələr üçün sosial dəstək tədbirlərini davam etdirməyi planlaşdırır.
geri