Bloq / Press


Salyan rayonunda “New Holland” traktorları və “Maschio Gaspardo” aqreqatlarının sahə günü

“Prior Leasing” ASC tərəfindən 14 iyun 2023-cü il tarixində Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaca məşhur italyan brendi "New Holland" texnikalarının sahə günü keçirilmişdir. Tədbirdə “New Holland” traktorunun müxtəlif modelləri – “TD 5.110”, “T6090”, “T3.75F”, “TT 4.90”, “TT 3.50” iştirakçılara nümayiş etdirilmişdir. Tədbir zamanı New Holland traktorlarının sahədə işlənmə prinsipini və gücünü göstərmək üçün iştirakçılar arasında şum yarışı keçirilmiş və rayon fermerləri yarışda həvəslə iştirak etmişlər. Şum prosesində New Holland traktorları ilə birgə dünyaca tanınmış Maschio Gaspardo aqreqatları “Unico XS”, “Chiara 200”, “Pinocchio 250/5” istifadə edilmişdir. Yarış sonunda qaliblərə hədiyyə təqdim edilmiş və iştirakçılarla xatirə şəkli çəkilmişdir.
Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsəd ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə dəstək olmaq və fermerlərə texnikaları əlçatan etməkdir. Bu məqsədlə tədbirdə Salyan Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və DAİM nümayəndələri iştirak etmişdir.

Baxış: 630


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar