Səpin üçün Qızıl Tövsiyələr
Qida təminatı hər bir dövlətin iqtisadi sabitliyi və sosial dayanıqlığı üçün çox əhəmiyyətlidir. Əhalinin ərzaq təhlükəsizliyinin təminatında taxılçılıq müstəsna rol oynayır. Əkilən taxıldan doğru gübrələmə ilə yüksək nəticə götürmək mümkündür. Qeyd edək ki, taxıl səpini dekabr ayının sonuna qədər davam edəcək.
Yığımın başa çatdığı pambıq sahələrində səpilən toxumun məhsuldarlığı digər sahələrə nisbətən yüksək olur. Bu vaxt səpilən taxıl toxumunun çürümə ehtimalı çox azdır. Bu baxımdan fermerlər üçün pambıq yığılmış sahədə taxıl səpini etmək çox sərfəlidir. Buradakı əsas neqativ hal pambıq yığımının başa çatması payızın ilk günlərinə təsadüf etdiyinə görə bölgələrdə davamlı yağış yağır. Yağıntılı hava şəraiti toxum səpini üçün əlverişli deyil. Belə havada toxum səpsəniz, onların bir hissəsi çürüyəcək.
Ölkəmizin suvarma şəraitində payızlıq buğda əsasən çoxillik otlardan (yonca və s.), cərgəarası becərilən (pambıq, qarğıdalı, şəkər çuğunduru və s.), tərəvəz, bostan, dənli-paxlalı və taxıl bitkilərindən sonra yerləşdirilir.
Səpin zamanı iri, ağır və yetişmiş toxumlar istifadə edilməlidir. İri toxumlar daha tez cücərir və bol məhsul verir. Ölkənin tərəvəzçiliklə məşhur bölgələrində səpindən əvvəl və sonra alaq otlarına, xəstəliklərə və ziyanvericilərə qarşı herbisidlər və fungisidlər vasitəsilə effektiv mübarizə aparmaq mümkündür. Alaq otlarına qarşı mübarizə üçün linuron herbisidini su ilə qarışdıraraq sahəyə çiləməyiniz tövsiyə olunur. Çox isti və küləkli günlərdə bunu etmək olmaz, çünki təsirediciliyi aşağı düşər.
Səpinə qulluq alaq otlarına qarşı mexaniki üsulla (əl ilə) və herbisidlərlə mübarizə, cərgələrarası becərmə, seyrəltmə, suvarma, xəstəlik və ziyanvericilərə qarşı dərmançiləyənlərlə mübarizə aparılır.
Xardal bitkisi alaq otlarını zərərsizləşdirmədə effektiv iş ortaya qoyur, amma şaxtaya qarşı davamlı deyil. Siz tez-tez istixanada xardal yetişdirə bilərsiniz. Xardal çiçəklənəndə gövdələr sərtləşir və qazmaq daha çətin olur. Buna baxmayaraq, onu zərərvericilərlə mübarizədə gördüyü işə görə yetişdirməyə dəyər.
Payızda soğan səpini zamanı hər 1 sm-dən bir toxum səpsəniz, əmələ gəlmiş fidanları böyümək üçün nazikləşdirməyə ehtiyac qalmaz. Səpindən sonra həmin yeri torpaqla örtün və sıra boyunca sulayın. Fidanları hər zaman alaq otlarından təmizləyin. Əgər təmizliyə riayət etməsəniz, qışda gənə vuracaq və yazda erkən salat soğanlarının yığımında gənələrin irəlilədiyini müşahidə edəcəksiniz.
Hər növ soğanda zəif cücərmənin əsas səbəblərindən biri köhnə toxumdan istifadə etməkdir. Ümumiyyətlə, soğan toxumunu uzun müddət saxlamaq olmaz. Yığımda məyus olmamaq üçün təzə toxumlardan istifadə etməyinizi tövsiyə edirik.
Səpin mövsümündə təsərrüfatınızda işlədəcəyiniz traktoru və toxumsəpəni “Prior”dan xüsusi təkliflər, 40 % dövlət güzəşti və endirimli qiymətlərlə əldə edə bilərsiniz.
geri