Şumda “New Holland”ı seçmək üçün 5 səbəb
Şum mövsümü başlayır. Bəs traktorunuzun mövsümdə istədiyiniz performansı göstərəcəyindən əminsinizmi? Böyük sahədə effektiv şum üçün keyfiyyətli və dözümlü mexanizmə malik universal traktor lazımdır. Həmin traktorda sahədəki torpağın vəziyyətinə və aqreqata uyğun sürət seçimləri (sürətlər qutusu) olmaldır.
Beşulduzlu traktor: “New Holland” – təkmilləşdirilmiş xüsusiyyətlər və üstün rahatlıq
İtalyan brendi “New Holland”ın müasir texnologiyaya əsaslanan “Tier 3 S8000” mühərriki mexanizatoru həm daha böyük güclə təmin edir, həm də qənaətli yanacaq istifadəsinə kömək edir. Bu mühərrik, həmçinin səsboğucu (qluşitel) emissiyasını minimuma endirir və ətraf mühitin çirklənməsinin qarşısını alır.
110 at güclü “TD5.110” modelində istehsalçı mexanizatora yeni bir güc səviyyəsi təklif edir. Bu modeldə sürətlər qutusu yüksək ötürücülük qabiliyyəti ilə seçilir. Sürətlər qutusundakı “Power Shuttle” funksiyası traktorun eyni sürət pilləsində irəli-geri hərəkət etməsinə imkan verir. “VisionView™” kabinə traktorun içini lüks bir məkana çevirir. Səs izoliyasiyası yüksək səviyyədədir və təkmilləşdirilmiş idarəetmə sistemi ilə operatoru iş zamanı premium rahatlıqla təmin edir.
Performans və etibarlılıq
“New Holland”ın böyük sahələr üçün nəzərdə tutulmuş “T6000” seriyasına aid traktorlar sahədə bir çox tələbləri qarşılaya bilir. Özünü sübüt etmiş, real performans və bir düymə ilə iş həll edən elektron rahatlıq axtarırsınızsa, bu traktorlar əsl siz istəyəndir. Bu seriyadakı modellər növlərinə görə üç yerə bölünür:
-
-
-
- “Delta” konfiqurasiyalı modellər – üst səviyyə performans təklif edir.
- “Plus” konfiqurasiyalı – üst səviyyə performansla yanaşı “yarımpowershift” transmissiya (ötürmələr) və yüksəktutumlu qapalı mərkəz də daxil olmaqla, bir çox seçimlər təklif edir.
- “Elite” konfiqurasiyalı modellər – A sinfi üçün nəzərdə tutulmuş, istifadəçini ali və yüksək rahatlıqla təmin edən modellərdir. Bu seriyada, həmçinin elektron mühərrikli modellər də var.
-
-
Ölkəmizdə T6000 seriyasının ən çox istifadə olunan modelləri “T6050”dır.
Dəqiqlik və komfort
“T6090” modelindəki “GPS” funksiyası sahədə xəritələnmiş ərazi üzrə traktorun gediş-gəlişini təmin edir. Bu, dəqiq əkinçilik üçün vacibdir. T6000 seriyasının Plus” konfiqurasiyalı modellərinin birləşdirici özəlliyi komfortlu “Horizon™” kabinəsidir.
Sürətli və kəskin dönüşlər
“Elite” konfiqurasiyalı “New Holland” modellərində stamdart dönüş 55° artır və 65° olur. 65 dərəcəli dönüş dar yerlərdə və kiçik sahələrdə manevr üçün dahə kəskin və sürətli dönüş imkanı yaradır. Traktor dönərkən bütün “SuperSteer™” oxu fırlanır, daxili təkər traktordan uzaqlaşır və boşluq çox qaldığı üçün kəskin dönüş bucağl ilə dönür.
Çoxyönlülük və uzun istismar müddəti
“New Holland”ın “T7000” seriyasına aid modəllərin fərqləndirici xüsusiyyəti daha az çəki ilə böyük traktor gücünə malik olmasıdır. Bu traktorlar ağır işlərdə rahat gediş (sürmək) imkanı verir. Bu modellərdə istismar xərci də çox azdır. 600 motosaatdan bir dövri texniki xidmət (yağdəyişmə və.s) göstərmək kifayətdir.
“T7000” seriyasının bütün modellərində quyruq mili dövrlərinin sayı standart olaraq, 540 və 1000 dövr/dəqiqə olaraq tənzimlənib. Transmissiya isə modelindən asılı olaraq, “Auto Command” və ya “Power Command” olaraq tənzimlənib. Bu seriyanın ölkəmizdə ən çox istifadə olunan modeli “New Holland T7060”dır.
Təsərrüfatınıza uyğun “New Holland” universal traktorlarının 110 at gücündən 213 at gücünə qədər modellərini “Prior”dan faizsiz və sərfəli lizinq şərtləri ilə əldə edin.
geri