Bloq / Press


Sitrus və nar bağlarının qış şaxtalarından mühafizəsi

Sitrus və nar bağlarının qış şaxtalarından mühafizəsi

Yanvar ayı Azərbaycanda bağçılıq üçün ən kritik dövrlərdən biridir. Qış soyuqları sitrus və nar bağlarına ciddi təsir göstərə bilər. Bağçılar üçün əsas məqsəd bağın qışa hazırlanması və şaxtadan qorunma tədbirlərini vaxtında görməkdir. Bu yazıda sənə şaxtadan qorunma, donvurmaya qarşı tədbirlər barədə praktik tövsiyələr təqdim edəcəyik.

 

Bağların qışa hazırlanması

 

Bağın qışa hazırlanması zamanı ilk addım torpağın işlənməsi və köklərin qorunmasıdır. Kök ətrafına malç, torf və ya yarpaq qatları səpmək torpağın temperaturunu stabilləşdirir və bitkiləri şaxtadan qoruyur.

 

Bundan əlavə, bağ sahəsində bağ traktorutorpaq frezi ilə torpaq işlənir. Bu üsul köklərin donmasını əngəlləyir və torpağın havalanmasını artırır.

 

 Sitrus ağaclarını şaxtadan qoruma

 

Sitrus ağacları xüsusilə şaxtaya həssasdır. Onları qorumaq üçün:

 

- kök ətrafını qalın malç və ya torf qatları ilə örtmək;

- budaqları örtük materialları ilə bükmək.

- bağ sahəsində kənd təsərrüfatı texnikaları ilə hava hərəkətini artırmaq.

 

Sitrus bağlarında istifadə edilən bu üsulda ağacların üzərinə yüngül şəkildə su püskürdülür. Su donarkən istilik ayrılır və ağacların səthi temperaturunu sabit saxlayır.

 

Yanvar ayı malçlama üçün ideal dövrdür. Malç qatının qalınlığı 10-15 sm olmalıdır. Bu torpağın istiliyini qoruyur və köklərin donmasının qarşısını alır.  Malçlamada saman, yonqar, köhnə yarpaqlar, quru ot və çınqıl qarışığı kimi şeylər istifadə edilir.

Bu tədbirlər sayəsində sitrus ağacları şaxta və donvurmadan qorunur və yazda məhsuldarlıq artır.

 

Nar ağaclarını şaxtadan qoruma

Nar ağacları qışa daha dözümlü olsa da, aşağı temperatur məhsula zərər verə bilər. Nar bağlarını qorumaq üçün:

 

- budaqları birləşdirib torf və ya təbii örtüklərlə qorumaq;

- kök ətrafını malçlamaq;

- gecə əlavə istilik üçün kiçik istilik cihazları istifadə etmək;

- kolların dibinə torpaq yığılıb “təpəcik” düzəltmək;

- kəsilmiş budaqların zədəli hissələrini qoruyucu pasta ilə bağlamaq;

- cavan nar tinglərinin mütləq buğda samanı ilə sarımaq lazımdır.

 

Dərmançiləyən aqreqatlar məhsulu xəstəliklərdən qoruyur. Bu üsullar nar bağının sağlam qış keçirməsinə və məhsuldar olmasına kömək edir.

Bu addımlar meyvələrin keyfiyyətini qoruyur və satışa hazır vəziyyətə gətirir.

 

Ağacların gövdə və budaqlarının qorunması

Sitrus və nar ağaclarının gövdələri qış günəşi və şaxta kombinasiyasından zərər görə bilər. Dekabr – yanvar dövründə ağardılma gövdəni həm soyuqdan, həm də zərərvericilərdən qoruyur.

Ağardıcı qarışıq (fermer resepti):

- 2 kq sönmüş əhəng;

- 1 kq gil;

- 200-300 q mis sulfat;

- 5-6 litr su.

Bu qarışıq həm gövdəni izolyasiya edir, həm də göbələk xəstəliklərinin qarşısını alır.

Təsərrüfatında məhsuldarlığı artıracaq hər növ kənd təsərrüfatı texnikasını bir-birindən sərfəli şərtlərlə “Prior”dan əldə et.

Baxış: 148


geri
left1 Yeni məhsullar secondhand İkinci əl texnikalar iconsun Mövsüm aqreqatları