Bloq / Press


Təsərrüfatdakı xəstəliklərlə mübarizədə istifadə olunan texnikalar və dərmanlar

Təsərrüfatdakı xəstəliklərlə mübarizədə istifadə olunan texnikalar və dərmanlar

Kənd təsərrüfatında istifadə olunan dərmansəpənlər  məhsullara pestisid, herbisid, gübrə və müxtəlif dərmanlar səpmək üçün istifadə olunan aqreqatlardır. Bu aqreqatlar ya arxadan traktora qoşularaq, ya da traktor tərəfindən çəkmə üsulu ilə işlədilir. Dərmansəpənlərin çənləri 200-4000 litr arasında dəyişən həcmlərə malikdir. Həcmindən asılı olaraq kiçik bağlardan böyük sahələrə qədər hər təsərrüfata uyğun dərmansəpənlər var.

 

Dərmansəpən içinə yerləşdirilən maye dərmanı üstündəki başlığı vasitəsilə “hədəfə” – xəstə bitkiyə və ya zərərvericiyə püskürdür. Bu üsul dərmanın bitkilərin üzərinə daha təsirli və tarazlı səpələnməsini təmin edir. Beləliklə, xəstəliklər və zərərvericilərlə mübarizdədə uğurlu nəticə əldə etmək olur. Dərmansəpənlər kənd təsərrüfatında effektivliyin və məhsul keyfiyyətinin yüksəldilməsində önəmli rol oynayır.

 

Mübarizə aparılmadığı təqdirdə, ağaclardakı xəstəliklər məhsuldarlığa 50 %-dən çox təsir edir. Son dövrlər ölkəmizdə geniş istifadə olunan dərman növü – “Bordo” məhlulu xəstəliklərə qarşı effektivdir. XX əsrin sonlarında Fransanın Bordo əyalətində yaşayan, üzümçülüklə məşğul olan bir kəndli qənaət məqsədilə əhənglə göy daşı qarışdırıb və üzümlərin üstünə püskürdüb. Bu məhlulun üzümdəki xəstəliklərə qarşı effekti onu heyran etmişdir.

 

Beləliklə, “Bordo” məhlulu üzümçülüklə məşğul olan bir kəndlinin kəşfidir ki, bu gün də biz ondan istifafə edirik. Əsasən göbələk və bakteriyalarla mübarizədə istifadə olunur.  “Bordo” məhlulundan əsasən iki halda istifadə etmək lazımdır:

 

  1. Yazın ilk günləri, hələ ağacların tumurcuqları oyanmamış, durğunluq vaxtı 3-4 % məhlulla;
  2. Veqetasiya dövründə 1 % məhlulu püskürdərək.

 

“Bordo” məhsulu əsasən ağacları yarana biləcək xəstəliklərdən əvvəlcədən qorumaq üçün istifadə olunur. Xəstə təsərrüfatı müalicə etmək onu qorumaqdan daha çətindir. Odur ki, təsərrüfatı əvvəlcədən mühafizə etmək ən yaxşısıdır.

 

 “Prior Leasing” ASC bu gün Azərbaycanda istər Türkiyə brendi olan Parlayan, istərsə də İtaliya brendi olan Maschio Gaspardo Futuradərmansəpənlərini yerli fermerlərə xüsusi və güzəştli şərtlərlə təklif edir. Hal-hazırda “Parlayan” dərmansəpənlərini dəst şəkildə, 1500 AZN ENDİRİMLƏ, “Maschio Gaspardo Futura” dərmansəpənlərini isə 5900 AZN-dək ENDİRİMLƏ “Prior”dan əldə etməyiniz mümkündür. Siz də təsərrüfatınızı xəstəliklərdən və zərərvericilərdən qorumaq üçün “Prior”a müraciət edin, dərmansəpənləri 40 % dövlət güzəşti FAİZSİZ və sərfəli şərtlərlə əldə edin.

Baxış: 3052


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar