Bloq / Press


Texnika lizinqi fermerlərə daha yaxın oldu

Texnika lizinqi fermerlərə daha yaxın oldu

Kənd təsərrüfatı texnikasının lizinqlə satışında ölkədə liderlərdən olan “Prior Leasing” ASC 12 Mart 2020-ci il tarixində Bərdə filialının açılışını edib. Filial Bərdə və ətraf rayonlarda fəaliyyətdə olan fermer və sahibkarlara Bakıya gəlmədən şirkətin sərfəli lizinq şərtlərindən yararlanmaq imkanı yaradır. Filialda lizinq ərizələrinin qəbulu və emalı ilə yanaşı bir çox tanınmış brendlərin 100-ə dək kənd təsərrüfatı texnikaları nümayiş olunur və beləliklə, müştərilər olduqları bölgəni tərk etmədən yerində seçimlərini edib, 2-3 iş günü ərzində istədikləri texnikanı lizinq yolu ilə əldə edə biləcəklər. 

Açılış mərasimində Bərdə və ətraf rayonların kənd təsərrüfatı idarələrinin nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, fermerlər və digər qonaqlar iştirak ediblər. Tədbir zamanı onlara müxtəlif kənd təsərrüfatı texnikası barədə məlumat verilib, nümayişlər olunub,  lizinq və yenilənmiş subsidiya şərtlərinin üstünlükləri şərh edilib. 

 “Prezident İlham Əliyevin 19 Dekabr 2018-ci il tarixində “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərman nəticəsində lizinq və texnika bazarının liberallaşdırması özəl lizinq şirkətləri və texnika təchizatçılarına yeni imkanlar yaratmışdır. Bu imkanlardan istifadə edərək biz son bir il ərzində yüzlərlə fermer və sahibkarlara texnika, avadanlıq və qurğuları ölkəyə idxal edərək lizinq yolu ilə təqdim etmişik. Bütün bu fermer və sahibkarlar yeni qaydalara uyğun olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin subsidiyalarından yararlanıblar. Qarşımıza qoyduğumuz məqsəd fermerlərə daha yaxın olmaq, onlara təsərrüfatlarından ayrılmadan geniş çeşiddə texnika təqdim etmək və yerində bütün rəsmiləşdirməni bitirməkdir. Məhz bu məqsədlə biz mümkün olan bütün qabaqcıl texnologiyalardan istifadə etməklə yanaşı bu ilin sonunadək bölgələrdə 8 filialı açmağı planlaşdırırıq. Növbəti nümayiş salonu və filialımız gələn həftə İmişli rayonunda açılacaq” – deyərək Prior Leasing şirkətindən bildirmişdilər.  

“Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” şirkəti bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, iri və xırda buynuzlu damazlıq heyvanlarını, tikinti texnikalarını, həmçinin  avtomobilləri sərfəli lizinq şərtləri ilə təklif edir.

https://haqqin.az/news/172266

https://oxu.az/ict/371216

Baxış: 2774


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar