Traktorda təhlükəsizlik: iş qəzalarının qarşısını almağın yolları
Beynəlxalq Əmək Təşkilatı və Dünya Səhiyyə Təşkilatının birlikdə təşkil etdiyi 1995-ci ildəki 12-ci sessiyada iş sağlamlığının haqqında qərar qəbul edilib:
- iş sağlamlığı gördüyü işdən asılı olmayaraq, işçilərin fiziki, zehni və sosial rifahının mümkün olan ən yüksək səviyyəyə qaldırılmaq;
- iş şəraiti ilə əlaqədar yaranan sağlamlıq problemlərinin qarşısını almaq;
- işçini fiziki və bioloji vəziyyətinə uyğun işlə təmin etmək.
Traktor istehsalçıları mexanizatorun təhlükəsizliyi üçün traktorun texniki göstəricilərini inkişaf etdirirlər. Mexanizator hər cür qəzada və ya neqativ situasiyada baş verə biləcəkləri yaxşı bilməlidir. Traktorda hidravlik sistem, quyruq mili, aşmaya qarşı qoruyucu tavan, xəbərdarlıq işarələri və işıqları təhlükəsizliklə bağlı mühüm özəlliklərdir.
Traktorun aşmağı ölümcül kənd təsərrüfatı qəzaları sırasında 50 %-lik yerə malikdir. Bu qəzalar həmçinin, ciddi zədələnmələr və sair sağlamlıq problemləri ilə nəticələnə bilər. Araşdırmalar nəticəsində sübut olunub ki, traktorun sürətini ikiqat artırmaq aşma riskini dördqat artırır. Təsərrüfat təmiz və səliqəli saxlanılmalıdır. Səliqəsiz yer səthi traktorun aşma riskini artırır.
Təhlükəsiz iş şəraiti sahədə effektivliyi artırır. Mexanizatorlar və sahədəki digər işçilər sahədə şəxsi qoruyucu vasitələrdən istifadə etməlidirlər. Bu vasitələr baş, göz, qulaq və tənəffüs yollarını qorumaq üçündür. İş zamanı texnikaya ilişə biləcək şəxsi aksesuarlar (üzük, boyunbağı və s.) çıxarılmalıdır. Traktor işləyərkən ətrafda uşaqların və ya heyvanların oynamağına icazə verilməməlidir, bu, çox təhlükəlidir.
Traktorla işləyərkən “ROPS” (Roll-Over Protective Structure) və təhlükəsizlik kəmərindən mütləq istifadə edilməlidir. “ROPS” aşma halında mexanizatoru qoruyan kabinələr, çərçivələr və çubuqlardır. Traktorla yükdaşıma zamanı daşınacaq yüklər tarazlığa uyğun şəkildə yerləşdirilməlidir. Nataraz yerləşdirmə traktorun aşmağına səbəb ola bilər. Yükdaşımada yükün uzun müddət havada qalmağı təzyiq altındakı hidravlik şlanqların partlamağına səbəb ola bilər.
Traktorla işləyərkən tələsməmək lazımdır və traktor gücə düşməməlidir. Xüsusilə istifadə edilən aqreqatın traktora uyğun olub-olmamağına diqqət edilməlidir. İstifadədən əvvəl texnikaya özəl risk dəyərləndirilməsi aparılmalıdır.
Traktora düzgün texniki qulluq və istifadə texnikanın ömrünü uzadır və təmir xərclərini azaldır. Keyfiyyətsiz yanacaq və ya traktorda baş verə biləcək sızma ətraf mühiti çirkləndirir. Dərmanlamada istifadə edilən kimyəvi maddələrin (dərmanların) təhlükəsiz şəkildə aqreqata doldurmaq və istifadə edilməlidir. Bu həm işçinin, həm də ətraf mühitin təhlükəsizliyi üçün vacibdir.
Siz də təhlükəsiz, müasir və çoxfunksiyalı traktorları və aqreqatları “Prior”dan ENDİRİMLİ və HƏDİYYƏLİ təkliflər, 40 % dövlət güzəşti və 60 ayadək FAİZSİZ lizinqlə əldə etməyə tələsin!
geri