Bloq / Press


Traktorda yanacağa necə qənaət etmək olar?

Traktorda yanacağa necə qənaət etmək olar?

Yanacaq sərfiyyatının marjanıza təsir etməməsi və gəlirinizi artırmaq üçün yanacağa qənaət etməlisiniz. Bəs bunu necə edə bilərsiniz?

Traktorun yanacaq sərfiyyatını azaltmağa kömək edən 5 əsas amil var:

- təkərlərin vəziyyəti;

- görülən işin növü;

- traktorun yükü;

- sürət;

- aqreqatın tənzimlənməsi.

Təkər təzyiqinin tənzimlənməsi yanacağa qənaət etmək üçün vacibdir. Yer səthinə görə, təkərin təzyiqi yanacaq sərfiyyatına çox təsir edir. Həddən artıq şişirdilmiş təkərlər təsərrüfatda traktorun tez-tez sürüşməsinə səbəb olacaq. Bu halda dartma qüvvəsini daha yaxşı ötürmək üçün mühərrikə daha çox yük düşəcək.

Eko güc qurğusundan istifadə edin. Bu, demək olar ki, yeni nəsil bütün traktorlarda mövcuddur. 540 dövr/dəqiqə rejimdə işləyən traktorun quyruq mili tam güc rejimindən 20-25 % az yanacaq sərf edir. Torpağın dayaz hissəsində işləyərkən də yanacaq daha az sərf olunur. Təcrübələr göstərir ki, şum və küləş təmizliyi kimi torpağın dərin qatında görülən işlər zamanı mühərrik daha çox yanacaq istismar edir. Torpağı mütəmadi olaraq şumlayır və həddən artıq sıxılmanın qarşısını alırsınızsa və ya traktorunuz aşağı təzyiqli “VF” təkərləri ilə təchiz olunubsa, məhsuldarlığa təsir etmədən iş dərinliyini bir neçə sm azalda bilərsiniz. Testlər nəticəsində sübut olunub ki, dərinliyin 8 sm azaldılması yanacaq sərfiyyatını 26 %-ə qədər azaldır.

Sürəti azaltmaqla yanacağa qənaət edə bilərsiniz. Əgər fermanızla torpaq sahəniz arasında məsafə çoxdursa, traktorun sürətini cəmi 10 km/saat azaltsanız, illik yanacaq sərfiyyatında çox ciddi fərq olacaq. Düzdür, bu halda hər dəfə 5-6 dəqiqə itirəcəksiniz, amma büdcədə qazanclı çıxacaqsınız.

Çəkinin düzgün paylanmasını təmin etməklə siz yanacağa qənaət edə bilərsiniz. Şumlamada lazım olan dartma gücü traktorun dizel sərfiyyatına (Mühərriklər adətən dizellə işləyir.) birbaşa təsir edir. Əgər yük paylanmasını səhv hesablasanız, traktorunuz balanslaşdırılmayacaq və siz onun gücündən tam yararlana bilməyəcəksiniz.

Traktorda yanacaq sərfiyyatının hesablanmasında dəqiq nəticə əldə etmək çətindir. Çünki sərfiyyat traktorun işlədiyi torpağın səthindən, qoşulan aqreqatdan və sair şərtlərdən asılıdır. Buna baxmayaraq, hazırda bir sıra beynəlxalq veb-saytlarda traktorun bəzi texniki göstəricilərini daxil etməklə təxmini nəticə ortaya qoyulur.

İstifadə olunan aqreqata əsasən, ox yükünü artırmaqla siz traktorunuzun tutuşunu yaxşılaşdıracaq və sürüşmənin qarşısını alacaqsınız. Beləliklə, sıfır itki ilə mühərrikdən maksimum dartma qüvvəsini əldə edəcəksiniz.

Təsərrüfatınıza uyğun qənaətcil, ENDİRİMLİ və HƏDİYYƏLİ traktorları “Prior”dan 40 % dövlət güzəşti və FAİZSİZ lizinqlə əldə edin.

Baxış: 3921


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar