Traktorun iş ömrünü uzatmaq üçün altı qızıl tövsiyə
Təsərrüfatda işlədilən texnikaların vəziyyəti, istifadəyə yararlılığı həm iş prosesindəki effektivliyinə, həm də mövsümdə məhsuldarlığa birbaşa təsir edir. Bəs aktiv şəkildə istifadə etdiyiniz traktoru necə saz vəziyyətdə saxlayıb, texnikanın iş ömrünü uzada bilərsiniz?
Traktorunuzda planlı və sistemli bir təmirə başlamadan əvvəl texnikaya ümumi göz gəzdirməklə köhnəlmiş, sıradan çıxmış, qırılmış və çirkli detalları müəyyənləşdirə bilərsiniz.
Traktorun daxili işıq sistemi hansı fasilələrlə yoxlanmalıdır?
Traktorda tərkibinə dönmə işıqlarının və kabin işıqlandırmasının daxil olduğu əhatəli bir işıqlandırma sistemi mövcuddur. Hər istifadədən sonra işıqların hər biri yoxlanmalıdır. Beləcə, siz əgər elektrik problemi varsa, tapa bilərsiniz. Elektrik problemi əsasən lampadan və ya traktorun elektrik şitindən qaynaqlanır.
Təkərlərin hava təzyiqini mütəmadi olaraq yoxlayırsınızmı?
Təkərin hava təzyiqinə həm kənardan təkərə göz gəzdirməklə, həm də traktorun cihazlar panelindəki təkərin təzyiq sensoruna baxaraq nəzarət edə bilərsiniz. Paneldəki göstərici ilə təkərin üstündəki göstəricini qarşılaşdıraraq normanı müəyyənləşdirmək mümkündür. Traktor təkərləri dözümlü detallardır, illərlə istifadə etmək mümkündür. Təkərə az hava axını vurulması aşınmaya və təkərin ömrünün qısalmasına səbəb olur. İsti havada təkər daha tez təzyiq itirdiyi üçün yay aylarında təkərlər tez-tez yoxlanmalıdır.
Kəmərlər və şlanqlar nə üçün tez-tez yoxlanmalıdır?
Traktorun mühərrikinə bir sıra kauçuk kəmər və şlanq qoşulub. Mühərrikdə hər hansı bir nasazlığın yaranmaması üçün bu kəmərlər və şlanqlarda aşınmaya və ya zədəyə qarşı tez-tez yoxlanmaldır. Əgər aşınma varsa, həmin detal mütləq yenisi ilə əvəzlənməlidir.
Traktorunuzun hidravlik sisteminə nəzarət edirsinizmi?
Traktorunuzun hidravlik sistemini yoxlamaq üçün xüsusi alətlər lazımdır. Əgər alətləriniz yoxdursa, hər 500 motosaat istifadədən sonra texniki servisdə hidravlik sistemi yoxlatmalısınız.
Traktorun hava filtri nə vaxt dəyişdirilməlidir?
Traktorun işlədiyi təsərrüfatdan və torpağın vəziyyətindən asılı olaraq hava filtri müxtəlif fasilələrlə dəyişdirilməlidir. Filtr çirkli görünəndə dəyişdirilməlidir. Hər 8 motosaat istifadədən sonra filtri yoxlaya bilərsiniz.
Mühərrik bölməsindəki mayeləri tez-tez yoxlayırsınızmı?
Mühərrikin yağ səviyyəsini yoxlamaq üçün mühərriki işə saldıqdan sonra bir neçə dəqiqə gözləyin. Yağ çubuğunu çıxardıb, silin, təkrar yerinə taxın. Təkrar çubuğu çıxardıb, yağın səviyyəsini görə bilərsiniz. Yağ səviyyəsi aşağıdırsa, yağ əlavə edilməli və ya vaxtı gəlibsə, mühərrikin yağını dəyişin. Traktorlarda mühərrikin yağı əsasən hər 100 motosaatda bir dəyişdirilməlidir, amma bəzi traktorlarda bu, müxtəlif motosaatlarda ola bilir. Bunun üçün traktorunuzun istifadə kitabçasından istifadə edə bilərsiniz.
Həmçinin, radiatordakı antifriz və su səviyyəsinin vaxt keçdikcə azalması normaldır. Ona görə də, antifriz səviyyəsi qısa müəyyən fasilələrlə yoxlanmalıdır. Bu yoxlama sayəsində soyutma sistemində baş verə biləcək sızmaları vaxtında görəcəksiniz.
Hidravlik sistemin yağının dəyişdirilməsi üçün isə xüsusi alətlər lazımdır. Hidravlik sistemin yağı və filtrinin dəyişdirilməsi üçün texniki servisin köməyi tövsiyə olunur.
Bu bloqumuzda traktorunuzun istifadə müddətini necə uzada biləcəyiniz barədə ətraflı məlumat verməyə çalışdıq. Əgər traktorunuzun ömrünü tamamladığını düşünürsünüzsə, traktorunuzu yeniləmək və ya əlavə traktor almaq istəyirsinizsə, “Prior”a gəlin. “Prior Leasing” fermerlərə traktorları və aqreqatları endirim və hədiyyə kampaniyaları, xüsusi təkliflər, 40 % dövlət güzəşti və 60 ayadək faizsiz lizinq şərtləri ilə təklif edir.
geri