Universal traktor seçərkən diqqət edilməli məqamlar
Təyinatına görə, traktorlar iki yerə bölünür: kənd təsərrüfatı və sənaye traktorları. Kənd təsərrüfatı traktorları öz növbəsində aşağıdakı növlərə bölünür:
- Universal;
- Becərmə;
- Bağ;
- Ümumi təyinatlı;
- Xüsusi təyinatlı traktorlar.
Ölkəmizdə kənd təsərrüfatı sahəsində ən çox istifadə olunan traktorlar universal, bağ və becərmə traktorlarıdır. Universal traktorlar sahələrdə şumlama, dənli bitkilərin yığımı və sair işlərdə istifadə olunur. Bu traktorların dartı qüvvəsi 0,2-6 ton arasında dəyişir. Dartı qüvvəsi sahəniz üçün traktor seçərkən ən çox istifadə edəcəyiniz aqreqatlar və daşınacaq məhsullar, yüklər baxımından vacibdir. Universal traktorların yükgötürmə qabiliyyəti isə təxminən 0,5-9 ton arasında dəyişir.
Universal traktorlarda təkərlar və ya tırtıllar arasındakı keçid hündürlüyü 600-800 mm, dönmə radiusu 3-4 metrdir. Bu traktorların sahədə iş sürəti 25-35 km/saatdır. Bu özəlliklər traktorun sahədə işinə birbaşa təsir göstərir.
Ümumi təyinatına görə, universal (şum) traktorlar daha çox əmək tələb edən kənd təsərrüfatı işlərində – şumlamada istifadə olunur. Həmçinin bu traktorlar malalama, səpin, yığım və s. kimi işlərdə də istifadə edilir.
Universal traktor seçərkən sahənizin böyüklüyü, təyinatı kimi faktorlar nəzərə alınmalıdır. Kiçik bir sahə üçün 50 at gücündə bir traktor da kifayət edə bilər, amma böyük bir pambıq sahəsi üçün minimum 110 at gücündə, bir çox sürət seçimli bir traktor lazımdır. Traktorun quyruq mili dövrlərinin sayı da müxtəlif aqreqatların qoşula bilməsi üçün vacibdir.
Xüsusi təyinatlı traktorlar bataqlıq və ya dağlıq yerlərdə, həmçinin hündürgövdəli kənd təsərrüfatı bitkilərinin becərilməsi və sair işlərdə istifadə edilir.
“Prior Leasing” ölkəmizdə “New Holland”, “Lovol”, “Solis”, “Landini” kimi dünyaca məşhur kənd təsərrüfatı brendlərinin satışını həyata keçirir. Siz də 50 at gücündən 213 at gücünə qədər, sahənizə uyğun olan universal traktoru “Prior”dan PULSUZ ÇATDIRILMA, 40 % dövlət güzəşti və FAİZSİZ lizinq şərtləri ilə əldə edin.
geri