Yazın aparıcı aqreqatları
Baharın gəlişi ilə əlaqədar təbiət oyanır, təsərrüfatlar da canlanır, işə başlanılır. Yaz aylarında iş görərkən ən çox istifadə olunan aqreqatlar bunlardır:
-Kotan;
-Diskli mala;
-Torpaq frezi;
-Dərmansəpən;
-Gübrəsəpən.
Torpağın becərilməsində ilkin mərhələ şumdur. Şum üçün müxtəlif konstruksiyalı kotanlardan istifadə olunur. Şum torpağı yumşaldır və əkiləcək bitki toxumlarının normal cücərib inkişaf etməsi üçün torpağı hazırlayır. Kotan traktorla aqreqatlaşaraq işləyir. Kotanlar ümumi və xüsusi təyinatlı olmaqla iki yerə bölünür. Ümumi təyinatlı kotanlar sahələrdə, xüsusi təyinatlı kotanlar isə meyvə bağlarında, melorasiya işlərində və sair istifadə olunur.
Diskli malalar torpağın qatı təbəqəsini qırmaq, torpağı yumşaltmaq, kəsəkləri əzmək üçün istifafə edilən aqreqatlardır. Diskli malalar sadə və cüt diskli, X və V tipli olaraq dörd növə bölünür. Azərbaycanda ən çox sadə diskli və V tipli malalar istifafə olunur. Sadə malalar ağır torpaqlarda – daha çox buğda, çəltik və günəbaxan sahələrində işlənir. V tipli malalar isə bitki saplarını və kəsəkləri parçalamaq üçün istifadə olunur.
Torpağı qarışdırmaq və səpindən əvvəl toxum yatağı hazırlamaq üçün torpaq frezindən istifadə olunur. Torpaq frezi daha çox rotavator kimi də tanınır. Frezlərin qarışdırma xüsusiyyəti kotanlardan yeddi qat çoxdur. Bu gün ən çox istifadə olunan torpaq frezləri traktora üç nöqtəli birləşmə ilə qoşulan, gücünü traktorun quyruq milindən alan frezlərdir. Frezlərdə iş prosesində bıçaqların arasına daş ilişməsi kimi neqativ hallara qarşı qoruyucu sistem mövcuddur. Frez işləyərkən yaxınlaşmaq olmaz. Ehtiyac olduqda, quyruq mili ilə aqreqatın əlaqəsini kəsib, yaxınlaşmaq lazımdır. Frez istifadə edilmədiyi vaxtlarda qapalı şəraitdə saxlanılmalıdır.
Təsərrüfatdakı zərərvericilərlərlə və xəstəliklərlə dərmançiləyən aqreqatlar vasitəsilə mübarizə aparılır. Dərmançiləyənlər çənlərinə doldurulan maye dərmanları zərərli və yad otların üzərinə çiləyərək zərərsizləşdirir. Aqreqat vasitəsilə dərman parçalana bilir və hədəfə çatır. Dərmançiləyənlər özəlliklərinə görə aşağıdakı növlərə bölünür:
-Hidravlik;
-Hava axınlı (pnevmatik);
-Hava axınlı (hidravlik);
-Mərkəzdənqaçma effektli;
-İstilik enerjisi ilə işləyən dərmançiləyənlər.
Torpağın münbitliyini artırmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün istifadə olunan maddələrə üzvi gübrələr deyilir. Gübrələr torpağa traktorlara qoşulan gübrəsəpən aqreqatlar vasitəsilə qarışdırılır. Ölkəmizdə çənin həcminə və işləmə eninə görə müxtəlif gübrəsəpənlərdən istfadə olunur.
Siz də təsərrüfatınıza uyğun aqreqatları və traktorları “Prior Leasing”in Azərbaycandakı 20-dən çox satış nöqtəsindən 40 % dövlət güzəşti və faizsiz lizinq şərtləri ilə əldə edə bilərsiniz.
geri