New Holland TC 4.90


New Holland TC 4.90

Mövcuddur

Taxılbiçən kombayn
Məhsul kodu: 0101010001003

Kənd təsərrüfatı texnikası
Kombayn
Taxılbiçən kombayn


Aylıq ödəniş: 2.682,17 AZN-dır.

Əsasən Buğda və Arpanın biçilməsində istifadə edilir.

TC4.90 New Holland kombaynı - kiçik kənd təsərrüfatı müəssisələri üçün idealdır. Bu texnikanın öz seqmentində - 100 ilə 500 hektar sahəyə sahib olan təsərrüfatlar üçün xarici kombaynlar arasında rəqibləri yoxdur.

TC4.90, taxıl qrupunda ixtisaslaşan təsərrüfatlarda əla köməkçi olacaq sürətli, manevrli, məhsuldar, keyfiyyətli və eyni zamanda ucuz bir kombayndır.

New Holland TС4.90, əvvəlki model ilə müqayisədə (TC5050) performansını 10% daha yüksək göstərən yenilənmiş bir modeldir. Bu fırlanan ayırıcı (separatoru) sayəsində mümkün olmuşdur.

 

Kiçik, lakin məhsuldar

175 at gücündə 6 silindrli mühərriklə və 5 tonluq taxıl anbarı ilə təchiz ən kiçik New Holland kombaynı digər analoji markalardan daha yüksək məhsuldarlıq təmin edir. TC4.90 kombaynı 5 ilə 6 metr arasında bir başlıq ilə istifadə üçün tövsiyə olunur. Eyni zamanda, kombaynın ötürücülük qabiliyyəti sinifdə ən yüksəkdir - saniyədə 7 kq-a qədər.

TС4.90 modeli daha yüksək səviyyəli kombaynların bütün xüsusiyyətlərinə malikdir: onun təmizləyici sistemi yüksək keyfiyyətlə işləməyi təmin edir və fırlanan ayırıcısı (sparatoru) taxıl itkisini sıfıra yaxınlaşdırmağa imkan verir.

 

Rahatlıq səviyyəsi

New Holland TC4.90 modelinin kabinəsi daha yüksək səviyyəli (CX) kombaynlarla eyni səviyyədə rahatlıq təmin edir. Yeni Rahat Harvest Suite™ kabinəsi daha səssiz, daha geniş və daha yaxşı avadanlıqlara sahibdir, operator tərəfindən sahəyə əla baxış bucağı verir və CommandGrip ™ tutacağından istifadə edərək bütün proseslərə nəzarət edir.

Xüsusiyyətlər
Təyinatı Taxılbiçən kombayn
Mühərrikin növü 6 sil. Nef (6,7 lt)
Mühərrikin emissiya səviyyəsi Tier 3
Mühərrikin nomimal gücü 2127 125/170 (kw/a.g)
Mühərrikin maksimal gücü 129/175 (kw/a.g)
Ötürmələr sisteminin növü 960 kq
Ön yüklər 30 kq ( 2 x 15 kq )
Arxa təkər yükləri Hidrostatik
Ötürmələr qutusu 3 pilləli
Samanxırdalayan Var
Yüksəktutumlu taxılbiçən başlığın kəsmə eni 4.57 m
Taxılyığan başlıqda bıçağın kəsmə sürəti 1150 (kəs./dəq)
Dən bunkerinin tutumu 5000 lt
Yanacaq çəninin tutumu 300 lt
Barabanın eni 1.05 m
Barabanın diametri 0,607 m
Barabanın sürət aralığı 417-1037 (dövr/dəqiqə)
Kondisioner Var
Tam təchiz edilmiş çəkisi 8640 kq
Püskürmə mexanizmi Mexaniki
Minumum eni 2943 mm
Maksimal uzunluq (başlıqsız, samanxırdalayanla) 8298 mm
Ön təkərlərin ölçüsü 23.1--26
Arxa təkərlərin ölçüsü 460/70R24
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar