Vakansiyalar


Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis

Namizədə olan tələblər:

  • Ali təhsil (Satış, biznesin inkişafı sahəsində arzuolunandır);
  • İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Kənd təsərüffatı texnikalarının satışı üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dili arzuolunandır
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməli.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
  • Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları ilə tanış etdirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştərilər ilə müntəzəm görüşlər aparmaq;
  • Kommersiya təkliflərinin hazırlanması.

İş şərtlərimiz:

  • Əmək haqqı:1000-1200 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox vakansiyalar üçün bizi Prior Career https://cdn-icons-png.flaticon.com/512/174/174857.png  səhifəsindən izləyin  

Vəzifə Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis
Məşğulluq növü tam
Son müraciət tarixi 25.05.2023
Yer Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar