Vakansiyalar


Satış üzrə koordinator

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Vəziyyəti düzgün qimətləndirmək bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə və təhlil etmək qabiliyyəti;
  • Outlook, MS Word proqramlarında sərbəst, MS Excel proqramında isə orta səviyyədə iş bacarığı.

Vəzifə öhdəlikləri:

  • Prosedur üzrə qoyulan vaxt ərzində emal edilməyən “LEAD” və “DEAL”- lər üzrə hesabatlar hazırlamaq;
  • Vaxtında emal edilməyən “LEAD” və “DEAL”- lərin səbəblərin SN, LM və MXM ilə aydınlaşdırmaq və emal edilməsinə təmin etmək; ( Satış Nümayəndəsi, Lizinq Mütəxəssisi, Müştəri Xidmətləri üzrə Mütəxəssis)
  • Vaxtında emal edilməyən “LEAD” və “DEAL”-lərin səbəblərinə görə qruplaşdırmaq və yenidən emal edilib növbəti mərhələlərə keçirilməsi üçün müvafiq işçilərlə koordinasiya etmək;
  • Müvafiq MİS istifadə qaydalarında olunan dəyişiklikləri mənimsəmək və bu barədə SN, LM və MXM ləri məlumatlandırmaq;
  • “LEAD” və “DEAL” lərin emalı ilə bağlı tətbiq edilən son tarixlərə riayət etməyən SN, LM və MXM-lərə korporativ poçt vasitəsi və müvafiq MİS platforması ilə xəbərdarlıqlar göndərmək;
  • Ay ərzində  “LEAD” və “DEAL” emalında ləngimələrə yol verən SN, LM və MXM-lər  barədə ümumiləşdirilmiş hesabatlar hazırlayıb Şöbə müdirinə təqdim etmək;
  • Uğursuz “LEAD”-lərin  bağlanma səbəblərini aydınlaşdırmaq;
  • Təxirə salınmış “LEAD”-ləri yenidən bərpa etmək (qərarsız və ya avtomatik bağlanan və s.);
  • “LEAD” yaranma mənbələrinə nəzarət etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 700 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Koordinator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

Daha çox vakansiyalar üçün bizi Prior Career https://cdn-icons-png.flaticon.com/512/174/174857.png  səhifəsindən izləyin  

Vəzifə Satış üzrə koordinator
Məşğulluq növü tam
Son müraciət tarixi 25.05.2023
Yer Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar