Aşağı keyfiyyətli traktorun fəsadları

Kənd təsərrüfatında işlərin effektivliyini artırmaq üçün istifadə olunan texnikalar, xüsusilə traktorlar fermerlərin uğurlu fəaliyyətinin əsasını təşkil edir. Bu texnikaların keyfiyyəti uzunmüddətli istifadədə mühüm rol oynayır. Aşağı keyfiyyətli traktorlar istehsalçılara və fermerlərə ciddi problemlər yarada bilər. Bu yazıda ucuz və keyfiyyətsiz traktorların kənd təsərrüfatında yaratdığı fəsadlara, nasaz traktorların istifadə edilməsinin səbəblərinə və traktor baxımının vacibliyinə diqqət yetirəcəyik.
Aşağı keyfiyyətli traktorlar, ümumiyyətlə, daha ucuz qiymətlərlə təklif olunsa da, çox vaxt bu ucuzluq xərcləri artırır. Çünki keyfiyyətsiz traktorlar tez-tez nasaz olur və mütəmadi olaraq təmir tələb edir. Belə traktorlar çox vaxt daha az davamlıdır, həmçinin yüksəkkeyfiyyətli texnikalarla müqayisədə daha tez köhnəlir və zədələnir. Traktorun problemləri mexanizatoru işlərini dayandırmağa və ya ləngitməyə vadar edir. Bu, xüsusilə böyük sahələrdə məhsul yetişdirən fermerlər üçün əhəmiyyətli bir məsələdir. Nasaz traktorlar, həmçinin vaxt itkisinə və əlavə xərcə səbəb olur, çünki onların təmirinə əlavə maliyyə sərf olunur.
Aşağı keyfiyyətli modellərdə detal keyfiyyəti aşağı olduğu üçün traktorda təhlükəsizlik baxımından da bu traktorlar problemlidir. Məsələn, keyfiyyətsiz mühərriklər və zədələnmiş transmissiyalar traktorun qəflətən dayanmasına və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Bu cür vəziyyətlər isə operatorun ciddi şəkildə yaralanmasına və ya ölümünə səbəb ola bilər. Əlavə olaraq, texniki problemlərin daimi təkrarlanması, traktorda nasazlığa və bu da fermerin işini təhlükəyə atmasına gətirib çıxarır. Bu səbəbdən aşağı keyfiyyətli traktorların təhlükəsizliyi daha da şübhəli olur və tez-tez təmirə ehtiyac duyulur.
Həmçinin ikinci əl traktorlar bazarda geniş yayılmışdır və bu cür texnikalar qiymət baxımından daha əlverişli görünsə də, onların vəziyyəti və gücü şübhəlidir. Bir çox istifadə edilmiş traktorlar əvvəlki sahiblərindən sonra nasazlıq yaşaya bilər. Bu cür traktorların alışı fermerlərə ilk baxışda daha sərfəli görünsə də, uzunmüddətli perspektivdə ciddi problemlərə səbəb ola bilər. Xüsusilə işlənmiş traktorların əvvəlki istifadəçisi düzgün baxımını təmin etmədiyi hallarda, ciddi texniki nasazlıqlara və kənd təsərrüfatı texnikasında problemlərə yol aça bilər. Bu, traktorların daha tez təmir olunmasına və onların istifadə müddətinin qısalmasına səbəb olur.
Ucuz traktorlar təklif edən bəzi istehsalçılar məhsullarının qiymətini aşağı salmaq üçün keyfiyyətdə güzəştə gedirlər. Bu traktorlar yüksək davamlılıq tələb edən kənd təsərrüfatı işləri üçün uyğun olmaya bilər. Aşağı keyfiyyətli traktorların müxtəlif hissələri sürətlə sıradan çıxa və ya qırıla bilir. Traktorların əsas hissələri, o cümlədən mühərrik, transmissiya və hidrostatik sistemlər, ucuz modellərdə daha tez nasazlıq əmələ gəlir. Bu isə traktorun fəaliyyətini kəskin şəkildə məhdudlaşdırır və fermerin işini çətinləşdirir.
İctimaiyyətdə keyfiyyətinə görə Çin istehsalı traktorlara qarşı neqativ düşüncələr var, amma brenddən brendə də fərq var. Məsələn, Çin brendi “Lovol” traktorları dünyanın 100-dən çox ölkəsinə ixrac edilir. Bu qədər geniş istifadəçi şəbəkəsinə malik bir brendin keyfiyyətindən danışmağa ehtiyac yoxdur. “Lovol” ildə 100.000-dən çox traktor, 50.000-dən çox aqreqat istehsal edir və Çin aqrobazaranın 30 %-i əhatə edir.
Nəticədə, aşağı keyfiyyətli traktorlar kənd təsərrüfatında uğurlu və effektiv fəaliyyətin qarşısını alır. Ucuz traktorlar və işlənmiş traktorlar ilk baxışda daha sərfəli olsalar da, onları düzgün istifadə etmək və texnikini qulluğunu vaxtında aparmaq böyük önəm daşıyır. Bu səbəbdən traktorların keyfiyyəti onları almağa qərar verməzdən əvvəl diqqətlə nəzərdən keçirilməlidir. Bir az daha yüksək qiymətə alınan keyfiyyətli traktorlar uzun müddətdə daha az xərc və problemlə fermerə fayda verə bilər.
Bu tip problemlərlə üzləşməmək və yüksəkkeyfiyyətli traktora HƏDİYYƏLİ və ENDİRİMLİ şərtlərlə sahib olmaq üçün “Prior”a gəlin.
geri