Bloq / Press


Biçin mövsümündəki üç uğurlu yoldaş: otbiçən, presbağlayan və dırmıq

Biçin mövsümündəki üç uğurlu yoldaş: otbiçən, presbağlayan və dırmıq

 

Kənd təsərrüfatında məhsuldar nəticələr əldə etmək üçün mövsümdə düzgün texnikaların istifadəsi vacibdir. Biçin mövsümü əkin sahələrində məhsulun yığıldığı, həmçinin torpaqla əlaqəli işlərin əsasən tamamlandığı bir dövr olaraq mühüm yer tutur. Bu dövrdə istifadə olunan aqreqatlar işin sürətini və keyfiyyətini artırmağa xidmət edir. Biçin mövsümündə otbiçən, presbağlayan və dırmıq vaxtın və əməyin səmərəliliyini artıran, çox faydalı və mühüm aqreqatlardır.

Otbiçən nədir və hansı işləri görür?

 

Biçin mövsümündə əsas aqreqatlardan biri olan otbiçən kənd təsərrüfatında hər il istifadə edilən vacib bir vasitədir. Çoxlu otları və həddindən artıq uzun bitkiləri əllə biçmək çox vaxt aparır və yorucu olur. Otbiçənlər  otun biçilməsi, yığılması və işlənməsində istifadə edilir. Otbiçənlər müxtəlif növlərdə olur və hər biri fərqli sahələrdə istifadə oluna bilər. Məsələn, traktora qoşulan otbiçənlər daha geniş əraziləri qısa zamanda biçir, amma kiçik və mobil otbiçənlər isə dar sahələrdə effektiv olur.

 

Otbiçən otu biçir və yerə salır. Bu, otun qısa müddətdə yaxşı qurumasına imkan verir ki, bu da yem üçün əlverişlidir. Otbiçənlə biçilən ot dərhal yığılır və müəyyən bir yerdə toplanır. Bu proses otun işlənməsi və saxlanması üçün rahatlıq yaradır. Bəzi otbiçənlər otu biçərkən torpağın üzərində düzəlişlər də edir.

 

Presbağlayanın üstünlükləri nələrdir?

 

Biçin mövsümünün ikinci mühüm texnikası isə presbağlayandır. Bu aqreqat biçindən sonra yığılmış otları və taxılları sıxaraq saman halına salır və bu məhsulların uzun müddət saxlanmasına imkan verir. Presbağlayanlar 

 

adından da gördüyümüz kimi, həm də preslənmiş məhsulu bağlayır. Əgər ot və taxıl preslənməsə, yığılan məhsul tez xarab ola bilər, amma preslənmiş məhsul daha uzun müddət saxlana bilir və daşınması daha rahatdır. Presbağlayanlar müxtəlif ölçüdə və gücdə olur. Bu, məhsulun növünə və təsərrüfatın böyüklüyünə görə dəyişə bilər.

 

Mövsümdə fermerin üçüncü uğurlu yoldaşı isə dırmıqdır. Dırmıq yığılmış ot və taxıl məhsullarının daha səmərəli şəkildə yayılması və düzülməsi üçün vacibdir. Bu aqreqat biçin zamanı otların və taxılların yerə düzülməsini və qurumasını təmin edir.

 

Məhsulun keyfiyyətində dırmığın rolu nədir?

 

Ənənəvi dırmıqlar əllə istifadə edilirdi, lakin müasir dövrdə traktora qoşulan dırmıqlar istifadə edilir. Bu, işin sürətli və effektiv görülməsinə yarayır. Yaxşı qurumuş ot və taxıl saxlanma müddətini minimum ziyanla başa vurur və daha keyfiyyətli olur. Dırmıq, həmçinin otların və taxılların daha rahat toplanması üçün onları bərabər şəkildə yayır, bu da məhsulun səmərəli şəkildə toplanmasına imkan verir.

 

Nəticədə, fermerlər biçin mövsümündə otbiçən, presbağlayan və dırmığın düzgün istifadəsi ilə məhsulun keyfiyyətini artıraraq yüksək gəlir əldə edirlər.

 

Təsərrüfatınıza uyğun otbiçəni, presbağlayanı, dırmığı və  bu aqreqatlara uyğun traktorları XÜSUSİ və ENDİRİMLİ TƏKLİFLƏR, 40 % dövlət güzəşti və 60 ayadək FAİZSİZ lizinqlə əldə edin.

 

 

 

 

 

 

Baxış: 246


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar