Bloq / Press


Fevralda təsərrüfatda görüləcək işlər

Fevralda təsərrüfatda görüləcək işlər

Yeni bloqumuzda sizin üçün müxtəlif təyinatlı təsərrüfatlarda fevral ayında görülməli olan işlər barədə ətraflı məlumat verməyə çalışdıq. Buyurun, mətn sizindir:

Fevral ayında meyvəçilik təsərrüfatlarında əgər yanvarda planlaşdırılmış, amma görülməmiş və ya yarımçıq qalmış işlər varsa, tamamlanır. Xəstəliklərlə və zərərvericilərlə mübarizə davam etdirilir. Effketiv nəticə üçün müasir və keyfiyyətli dərmançiləyənlərdən istifadə etməlisiniz. Daha sonra əgər hava şəraiti uyğundursa, torpağın hazırlıq işləri başlaya bilər. Bunun üçün də torpağın vəziyyətindən asılı olaraq diskli mala, frez, kotan – bir sözlə, həmin vazt lazım olan aqreqat istifadə edilməlidir.

Fevral ayında meyvəçilik təsərrüfatlarında, həmçinin ağac budaqları, yarpaqları və ya kökünün bir hissəsi kəsilərək torpağın altında saxlanılır.

Tərəvəzçilik təsərrüfatlarından lobya və noxud əkiləcək sahələrdə torpağın əkinə hazırlığı başlayır. Bu vaxt kəvər soğanının yığımı tamamlanır; kök, kahı və turpun yığımı davam edir. Hava şəraiti əlverişlidirsə, torpağın hazırlığı davam edir. Bibər, pomidor və badımcan toxumu əkilməyə başlayır.

Sahələrdə test məqsədilə azotlu gübrə əkini olur. Siçanlar və digər zərərvericilərlə mübarizə aparılır. Bu ayda noxud, mərcimək və lobya əkiləcək sahələrdə torpağın hazırlığı başlayır. Kartof əkini və hava şəraiti uyğundursa, şəkər çuğunduru əkini başlayır.

Bağçılıq təsərrüfatlarında isə fevral ayında ağacların budanmasına davam edilir. Meyvəçilikdə olduğu kimi, bağçılıqda da ağacın hissələri kəsilir, tərs şəkildə, tam qatlanır və quma basdırılır. Hava şəraiti uyğundursa, fidan əkilir və fevralın sonunda birinci dərmanlama başlayır.

Fevral ayında artıq istixanalarda dekorativ bitkilərin əkini başlayır. Dibçəkdəki dekorativ bitkilərin dibçəyi dəyişdirilir. Qərənfil və payızgülündən hissələr (kök, budaq, yarpaq və s.) kəsilərək yenilərinin əkilməsində istifadə edilir. Ulduz çiçəyi yumruları istixanadakı yastıqlara əkilir və davamlı olaraq sulanır.

Parklarda və bağçalarda otlara təbii gübrə verilməyibsə, fevralda mütləq verilməlidir. Ağaclarda qarlar qalıbsa, təmizlənməli, güllər fevralın axırına qədər budanmalıdır.

Siz təsərrüfatınız üçün universal, bağınız üçün bağ traktorunu, torpağın hazırlığında lazım olan aqreqatları dərmançiləyənləri Prior Leasing”dən 40 % dövlət güzəşti, faizsiz və sərfəli lizinq şərtləri ilə əldə edə bilərsiniz.

Baxış: 3156


geri
left1Yeni məhsullar secondhandİkinci əl texnikalar iconsunMövsüm aqreqatları left5Kampaniyalar