İyunda təsərrüfatda istifadə edilən aqreqatlar
İyun ayı əkindən daha çox yığım ayı kimi bilinsə də, bu ayda bibər, pomidor, bamiyə, qarpız, yemiş, soğan, lobya kimi bitkilər də əkilir. Əvvəlcədən əkilmiş qarpız, yemiş, xiyar və pomidor iyunda sulanır. Üzüm və çiyələk yığımı davam edir. Sahələrdə şum başladığı üçün həmin ay fermerlərin əsas köməkçiləri keyfiyyətli şum traktorları və aqreqatlarıdır.
Torpağı şuma hazırlayarkən əvvəlcə diskli mala ilə qatı təbəqəni parçalayıb yumşaltmaq, torpağı şum üçün “təmiz”, hazır vəziyyətə gətirmək lazımdır. Azərbaycanda əsasən sadə diskli və V tipli malalar istifadə olunur. Sadə diskli malalara misal olaraq Türkiyə istehsalı “Şakalak ŞK-GDH 24” ağır diskli malanı, V tipli malalara isə “Şakalak ŞK-DH-32” yüngül diskli malanı göstərmək olar.
Torpaq şuma hazır olduqdan sonra təsərrüfatın böyüklüyündən, traktorun at gücündən və torpağın vəziyyətindən asılı olaraq şum zamanı müxtəlif gövdə sayına malik kotanlardan istifadə etmək lazımdır. Bu gün siz “Prior Leasing”dən 40 sm-dən 150-sm-ə qədər işləmə eninə malik Türkiyə və İtaliya istehsalı kotanları asanlıqla əldə edə bilərsiniz. Hətta, böyük təsərrüfatınız üçün sifarişlə 175 sm işləmə eninə malik olan Türkiyə istehsalı “Agrotech AP145 (Almeks)” kotanını da sizə ən yaxın filialımızdan təmin etmək imkanınız var.
İyun ayında təsərrüfatda istifadə edilən aqreqatlardan biri də torpaq fezidir. Torpaq frezi səpindən əvvəl toxum yatağı hazırlamaq üçün istifadə olunur. Frez torpağı kəsir, parçalayır və qarışdırır. Düzbıçaqlı frezlər yüksək parçalama xüsusiyyətinə malik deyil. Əyribıçaqlı frezlərin isə torpağı qabartma və parçalama qabiliyyəti yüksəkdir. Mövsümdə köməyinizə çatacaq “Minos Agri”, "Maschio Gaspardo” və “Solis” torpaq frezlərini faizsiz və çox sərfəli lizinq şərtləri ilə əldə edin.
Mövsümlə əlaqədar olaraq sahələrdə və bağlarda presbağlama və otbiçmə işləri də davam edir. Buna görə də otun hazırlığı prosesində istifadə edilən presbağlayan və otbiçən təsərrüfatlarda aparıcı aqreqatlardır. Quru otun çevrilməsi və dırmıqlanmasında müasir texnikalardan – dırmıqlardan istifadə olunur. Şirkətimiz bu gün fermerlərə Türkiyə istehsalı dırmıqları tövsiyə və təklif edir.
Əlavə olaraq, mövsümdə əldə edəcəyiniz universal və bağ təyinatlı “Lovol” traktorlarına 24 ay zəmanət verilir.
İyun ayında bağınıza və ya sahənizə lazım olan traktoru və aqreqatları
- Xüsusi təkliflər;
- Endirim və hədiyyə kampaniyaları;
- 60 ayadək faizsiz və çox sərfəli lizinq şərtləri ilə əldə edin
geri